Xəbər lenti
Qatillərin edamdan öncəki SON YEMƏKLƏRİ- MARAQLIDI
Seriyalı qatillərin, qandondurucu cinayətkarların həyatı qədər ölümləri və ölümlərindən öncəki son anları da dramatik olur.
Manevr.az publika.az-a istinadən dünyanın ən qatı cinayətkarlarının ölümlərindən öncə istəfikləri son yeməkləri təqdim edir.
Riki Rey Rektor

42 yaşında 2 nəfəri öldürməkdə təqsirli bilinən Riki nəzarətçiyə son yeməyinin yanında istədiyi qozlu şirniyyatı daha sonra yemək üçün gizlətdiyini söyləyib.
Timati Makvey

33 yaşlı cinayətkar 2001-ci ildə bomba yüklü avtomobili partladaraq 168 nəfərin ölümünə, 600 nəfərin yaralanmasına səbəb olub. Ölümünün canlı yayımlanmasını təklif edən cinayətkar “həyatını itirənlər üçün üzgünəm, amma heyvanın təbiətində var bu” sözlərini deyib.
Tereza Levis

Həyat yoldaşını və ögey oğlunu öldürən 41 yaşlı cinayətkar Vircina ştatında edama məhkum edilən tək qadındır.
Ferdinando Nikola Sakko və Bartolomeo Vanzetti

İkili iki nəfəri öldürməkdən edama məhkum edilib. Bank soymaqdan öncə təhlükəsizlik nəzarətçisini öldürməkdə ittiham ediliblər. Vanzettinin son sözləri “mənə bunu edən bəzi insanları əfv etməyi çox istərdim”, Sakkonun son sözləri isə “əlvida, ana” olub.
Stefen Anderson

Soyğun, təcavüz, həbsdən qaçma və 7 nəfəri öldürməkdə ittiham edilən 49 yaşlı cinayətkar son cinayəti işləyəndə qurbanının evində yemək yeyib, televizor izlərkən polisə yaxalanıb.
Encl Nives Dias

55 yaşlı cinayətkar uşaq qaçırma, cinayət və silahlı soyğundan edama məhkum edilib. Özəl bir yemək istəmədiyi üçün standard məhbus yeməyi verilib, amma o, bu yeməkdən də imtina edib. Son sözləri “Florida ştatı günahsız bir insanı ölümə məhkum etdi” olub.
Ted Bundi

Tarixin, bəlkə də, ən məşhur serialı qatillərindən olan Ted Bundi təcavüz, nekrofiliya, həbsdən qaçma və 35-dən çox insanı öldürməkdə günahlandırılıb. Xüsusi yemək istəmədiyi üçün standard məhkum yeməyi verilib. Edamdan sonra cəsədi daşınarkən 2000 insan mahnı oxuyaraq rəqs edib.
Con Vayn Qeysi

52 yaşlı cinayətkar 33 yaşlı bir insanı öldürməkdən və təcavüzdən edama məhkum edilib. Son yeməyini ailəsi ilə birlikdə həbsxananın bağında piknik keçirərək yeyib. Hər kəs onun öldürdüyü insanlardan daha asan ölüm yaşadığını deyib.
Viktor Fequer

28 yaşında edama məhkum edilən cinayətkar Lovada edam edilən son insan olub. Uşaq qaçırmaq və narkotik üçün bir həkimi öldürməkdə ittiham edilən Viktor son yeməyi olaraq içində tumu olan bir ədəd zeytun istəyib. Zeytun öldükdən sonra onun cibində tapılıb. Viktor öldükdən sonra cəsədində zeytun ağacı bitəcəyinə ümid edirmiş…
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar