Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Evli qadınların Facebook sevgiləri

Tarix: 30-07-2018 11:31     Baxış: 21 120 A- / A+
Evli qadınların Facebook sevgiləri


Lev Tolstoyun “Anna Karenina” romanının nəşr olunmasından 140 ildən çox vaxt keçməsinə baxmayaraq onun məhəbbəti, xəyanəti və intiharı bu günə qədər öz aktuallığını qoruyur.

Bu məşhur romanın sonluğundakı qadın faciəsindən belə qənaətə gəlmək olur ki, toplum hər zaman riyakarlığa göz yumaraq dürüstlüyə qarşı qılınc sıyırır. Xüsusilə bizim kimi mental dəyərlərə sadiq, gecə-gündüz adət-ənənələrin keşiyini çəkən toplumlarda bəzən ən xırda azadlıq, səmimiyyət belə zərif cinsin nümayəndələrinə bağışlanmır.
Evli qadın ərini yox, başqasını sevrirsə, bunu pünhan saxlamalı, heç kəsə bildirməməlidir. Əks təqdirdə ərinin, ailəsinin, qohum-əqrəbasının adına ləkə gətirmiş olar. Bu isə onun biabır olmasına, döyülməsinə, söyülməsinə hətta balta ilə doğranmasına səbəb olar.
Ürəyinin ən mübhəm guşəsində əsrarlı sevgi yaşatmasının, əri yox, başqasını sevməyin heç kəsə bir ziyanı yoxdur. Bu ziyansızlıq başqalarının həyatını güdməyi özünə vəzifə hesab edənlərin işinə həmişə yarayıb. Yetər ki, göz önündə əl-ayağı düz gəlin ol.
Lakin bugünkü dövrdə texnologiyanın yaratdığı imkanlar sevgisiz qadınların “özünüterapiya” vasitəsinə çevrilib. Bacaran aşkarda, bacarmayanlar gizlində sevgi aclıqlarını sosial şəbəkələrdəki saxta məhəbbət macəraları ilə doyururlar.
Tez-tez “Sevgi çiçəyi”, “Küskün mələk”, “Bəxstsiz gəlin” adlı profillərə rast gəlirik. Bu profillərin sahibi olan qadınlar öz adları ilə yox, başqa adlarla sosial şəbəkələrdə çox rahat şəkildə əks cinsin nümayəndələri ilə ünsiyyət qururlar. Çox güman ki, belələrinin öz həqiqi adları ilə də profilləri mövcuddur. Lakin həmin profillər uşaqlarının şəkillərini, bişirdikləri yeməklərin reseptlərini, çay və qəhvə içdikləri kafelərin yerini qeyd etmək üçün gərəklidir. Orijinal profillər onların qadın ehtiyaclarından yaranan tələbata cavab vermir, yaşadıqları eşq əzabını yüngülləşdirmir.
Yaxından tanıdığım gənc və ailəli bir qadın ərini sevmədiyi, evlilik həyatından sıxıldığı üçün dəfələrlə boşanmaq, uşağını da götürüb atası evinə getmək istəyirdi. Ancaq nə öz ailəsi, nə də ərinin qohumları qadının bu addımı atmasına imkan vermədilər. Hətta qızın atası ərindən boşanacağı halda onu övladlıqdan rədd edəcəyi ilə hədələdi.

Tərslikdən gənc qadının əri namaz qılan, içiki içməyən, siqaret çəkməyən adam olduğundan qadın onu narkoman, əyyaş, qumarbaz və digər işlənmiş variantlarla damğalayıb ayrıla bilmədi. Əri ilə xoşbəxt olmayan, istədiyi həyatı yaşaya biməyən gənc xanım aradan keçən bir neçə il ərzində həddindən artıq qəzəbli, əsəbi, hər şeyə deyinən dözülməz varlığa çevrildi.

Məsələ burasındadır ki, heç kimi qınamaq da olmur. Yaş ötür, həyat isə heç kimi gözləmir. Zatən boz, monoton və heç bir maraq kəsb etməyən gündəlik həyatdan necəsə zövq almaq da hər kəsin haqqıdır. Təəssüf ki, bu zövqlər insanların yaxınları tərəfindən amansızcasına qadağan olunur. Qadağaların nəticələri isə əksər hallarda acınacaqlı olur.

Toplum qadına iki seçim təqdim edir. Ya saxtakarlıq edərək, öz izzəti-nəfsini təmin etmək, ya da dürüst və səmimi olub Anna Karenina kimi qatarın altına atılmaq...

Samirə Əşrəf

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar