Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Çilidə tapılan mumiyanın sirri — Zəhərli paltar

Tarix: 28-07-2018 12:39     Baxış: 5251 A- / A+
Çilidə tapılan mumiyanın sirri — Zəhərli paltar

Çilidə tapılan məşhur iki mumiyanın sirri açılıb.

Manevr.az "ölkə.az"a istinadla xəbər verir ki, qızların paltarına öldürücü zəhər sürtülüb. Ehtimal edilir ki, bu, ya inklərin dini ayini, ya da sərdabəni oğrulardan qorumaq üçün nəzərdə tutulub.

Çilinin Tarapaki universitetinin alimi Bernardo Arriaza məsələ ilə bağlı deyib:

"İnklər yaxşı bilirdilər ki, kinovardan hazırlanan rəng çox zəhərlidir və insan orqanizmi üçün çox təhlükəlidir. Onlar çox vaxt sərdabələri bu rənglə boyayırdılar ki, oğruları qorxutsunlar".

Cənubi Amerikanın digər hinduları kimi inklər də mumiya hazırlaya bilirdilər. Çili və Peruda Günəşə qurban verilən onlarla uşaq mumiyası aşkar edilib. 1976-cı ildə Serro-Esmeralda dağının zirvəsindəki mağarada iki qız uşağının mumiyası tapıldı. 1999-cu ildə isə arxeoloqlar Lyulyaylyako vulkanının yamacında məşhur "buz şahzadə" mumiyasını tapdılar.

Qalıqların analizi zamanı məlum olub ki, uşaqlar yaxşı qidalanıblar və həyatlarının son ilində müntəzəm olaraq narkotik vasitənin təsirində olublar. Şahzadə mumiyasının analizi zamanı qızın ölümdən əvvəl koki yarpağı çeynədiyi məlum olub. Eyni zamanda məlum olub ki, qızlardan birinin 9, digərinin 20 yaşı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar