Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasından 3 sayta - Xəbərdarlıq

Tarix: 21-10-2016 19:15     Baxış: 4237 A- / A+
Mətbuat Şurasından 3 sayta
Manevr.az

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Gündəliyə müzakirələrdən sonra 7 məsələ daxil edilib.

İlk olaraq “Hürriyyət” qəzetinin müraciətinə baxılıb. Şikayətdə göstərilib ki, qəzetin əmtəə nişanı rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, ölkədə “hurriyet.az” və “hurriyyet.info” adları altında saytlar fəaliyyət göstərməkdədir. Komissiya cavabdeh tərəfi də dinləyərək belə rəyə gəlib ki, ümumiyyətlə, tanınmış KİV-lərin adlarının təkrarı olan onlayn media vasitələrinin təsisi haqlı narazılığa səbəb olur. Buna görə də hər iki sayta adlarını dəyişdirmək tövsiyə edilib.

İclasda 3 sayta xəbərdarlıq olunması barədə rəy çıxarılıb. Bunlar “azerinfo.org”, “siam.az” və “24 saat.org”dur. Komissiya bu zaman hər 3 saytın Nərimanov Rayon İcra Hakimiyyəti barədə təqdim etdiyi materiallarda etik prinsiplərin bir sıra tələblərinin pozulduğunu, qarşı tərəfin fikirlərinə yer verilmədiyini əsas götürüb.

İclasda vurğulanıb ki, son vaxtlar bank-kredit sektoruna aid bir sıra qurumlar barədə saytlarda total şəkildə məlumatlar yayımlanmaqdadır. Həmin materiallarda etik prinsiplərin tələblərinin gözlənilməməsi narazılıq yaradır. Azərbaycan Banklar Assosiasiyasının 19, "Yapı Kredi Bank"ın 20 sayt barədə şikayəti buna misal göstərilib. Komissiya hər iki quruma məsələnin hüquqi müstəvidə həllini tövsiyə edib. Həmçinin assosiasiyaya sahədən yazan jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə təlimlər keçirməsi tövsiyə olunub.APA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar