Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

5 yaşlı uşağı çomaqla döyüb öldürən şəxslə bağlı YENİ XƏBƏR

Tarix: 23-07-2018 20:44     Baxış: 4284 A- / A+
5 yaşlı uşağı çomaqla döyüb öldürən şəxslə bağlı YENİ XƏBƏR


Kürdəmirdə oğlunu öldürməkdə təqsirləndirilən ögey ata barəsində həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun mətbuat ximdətindənverilən məlumata görə, iyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı Kürdəmir rayonunun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdullayev Abdulla İnqilab oğlunun həmin kəndin qış otlaq sahəsində yerləşən fermada qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Sevanə Yaqubovanın azyaşlı oğlu Murad Yaqubova 2018-ci il iyunun 26-dan iyulun 21-dək heç bir əsaslı səbəb olmadan anasının gözləri qarşısında xüsusi amansızlıqla və qəddarlıq nümayiş etdirib mütəmadi olaraq qəsdən bədəninin müxtəlif nahiyələrinə çomaqla vurmasına, eləcə də əlləri ilə döyməklə həyat və sağlamlığı üçün təhlükəli olan çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində M.Yaqubov iyulun 21-də vəfat edib.
Cinayət işi üzrə A. Abdullayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar