Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər

Tarix: 21-07-2018 09:14     Baxış: 4610 A- / A+
Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər


“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...”
Artıq neçə gündür ki, Türkiyə mətbuatının əsas manşet xəbərləri özünü “Mehdi” kimi təqdim edən, “hoca” ləqəbli Adnan Oktarın həbsi, ortaya çıxan dəhşətli, iyrənc faktlarla bağlıdır. Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs edilən “hoca” və onun cinayətkar şəbəkəsi ilə bağlı ortaya çıxan məlumatlar, şahidlərin açıqlamaları, etirafları gündəmi silkələməkdə davam edir.


Bundan əvvəl də Adnan Oktar İslam dinini gözdən salan, yalançı ilahiyyatçı, əsl mason, İsrail agenti kimi tanınırdı. Lakin nədənsə Türkiyə rəsmiləri bu vaxta qədər bütün bunlara göz yumurdu. “Hoca” isə özünü “İslam alimi” kimi təqdim edərək, din pərdəsi altında rəhbərlik etdiyi televiziya, sosial şəbəkələr vasitəsilə əxlaqsızlığı yaymaqda davam edirdi.

Ötən gün “hoca”nın keçmiş müridlərindən olan Fırat Develioğlu canlı yayımda “Adnan Oktarın ”Mehdi" olduğuna inanırdıq, o, cihat və zəkat bəhanələri ilə gəncləri aldadırdı" açıqlamalarını verdi. F.Develiğlu “hoca”nın şəbəkəsinə necə daxil olduğu barədə də ilginc məlumatlar bildirib: “1986-cı ildə ailənin bir övladı kimi İslam dinini yaxından öyrənmək üçün Adnan Oktarın şəbəkəsinə qatıldım.

Təxminən 90-cı illərə qədər oradakı qızların əllərinə belə toxunmurduq. Lakin 90-cı illərdən sonra vəziyyət dəyişməyə başladı. İlk əvvəllər ağlımızda dindən başqa heç nə yox idi. Hər şeyin məntiqi dinə bağlanırdı. Şəbəkənin artıq cinayətkar dəstəyə çevrildiyini görüb 1999-cu ildən oradan ayrıldım. Həmin ilə qədər təxminən 100-200 minə yaxın insan maraq xətrinə bu şəbəkəyə gəlib-gedib. Onların arasında məşhurlar da var idi”.

Həbsdən sonra aparılan ilk araşdırmalarda Adnan Oktarın rəsmən masson olduğu, İsraillə daim əlaqələr qurduğu ortaya çıxdı. “Hoca” həbs oldunduqdan sonra ilk açıqlamasında heç bir günahı olmadığı, gördüyü işlər, qurduğu əlaqələrin hamısının Türkiyə naminə olduğunu bildirirdi.

“Hoca” həbs olunandan az sonra onun tərəfindən təcavüzə uğradığını iddia edən 35 qız polisə şikayət edib. Bu şikayətçilərin 15 nəfəri 11-17 yaş arası olan zaman təcavüzə uğradığını bildirib. Hətta adı gizli saxlanılan 16 yaşlı qız anası tərəfindən gizli şəbəkəyə təhvil verildiyini deyib.

Şikayətçilərin bəziləri artıq mətbuata danışıb və onların söylədikləri faktlar iyrənc və dəhşətlidir. Məsələn, 16 il sonra Adnan Oktarın şəbəkəsində olan, daha sonra bu şəbəkədən güclə canını qurtara bilmiş 34 yaşlı G.S.-in sözlərinə görə, “hoca” daim “dində lezbiyanlıq halaldır” deyərək qızları bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edirmiş: “Adnan Oktar xəstəliyi ucbatından heç kimlə cinsi əlaqəyə girə bilmirdi. Amma oğlanları və qızları hər gün bir-biri ilə əlaqəyə girməyə məcbur edirdi. O deyirdi ki, bunu din buyurur. Siz kişilərin bütün ehtiyaclarını qarşılamalısız, əks halda, mələklər sizi lənətləyər”.

Qızın sonrakı açıqlamaları daha dəhşətli olub. Belə ki, o bildirib ki, şəbəkə onu qardaşı ilə də cinsi əlaqədə olmağa məcbur edib: “Məni öz aralarına aldıqlarında hələ kollecdə oxuyurdum. Bir neçə dəfə onun evlərindən birinə gedib-gəldim. Daha sonra yanıma bir adam qoydu və hər yerə onun nəzarəti altında gedirdim. Əvvəl elə bilirdim bu, mənim təhlükəsizliyim üçündü, yalnız sonra anladım ki, qaçıb burada baş verənləri kiməsə danışmayım deyə belə bir addım atıb. Bir dəfə məni qrupda bir neçə oğlanın qarşısına atdı və münasibətə girməmizi əmr etdi. Məni öz qardaşımla cinsi əlaqəyə məcbur etdi. Etiraz edəndə isə bunun Mehdinin əmri olduğunu dedi”.

Şikayətçilərin bir çoxu qeyd edib ki, Adnan Oktar xəstə olduğu üçün qadınlarla yaxınlıq edə bilmirmiş. Bu səbəbdən qızları seksə təhrik edərkən özü kənardan izləməyi sevirmiş. Bəzən isə azyaşlı qızların bakirəliyini əlləri ilə toxunub pozurmuş. Digərləri isə bildirib ki, “hoca” qızlara baş örtüyünün haram, bikini geyiminin isə halal olduğunu deyirmiş.

Təbii ki, bütün bunlar İslam dinini gözdən salır, insanların bu dinə olan inamını şübhə altına alırdı.

Bu arada bir faktı qeyd edək ki, özünü “Mehdi” kimi təqdim edən Adnan Oktar bu cür iyrənc təhlilləri ilə bağlı “Harun Yəhya” imzası ilə kitablar da çap edirdi. Çox təəssüf ki, onun kitabları Azərbaycana da ayaq açmışdı. Məlumata görə, daha çox massonluğu və əxlaqsızlığı təbliğ edən həmin kitablar Bakıdakı kitabxanalara çox ucuz qiymətə, 2-3 manata satılır, bəzən isə pulsuz verilirmiş..

Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər


“Adnan Oktar əslində Türkiyədə bizə məlum olan Sasani dini görüşünün təmsilçilərindən biridir”. Bu sözləri azərbaycanlı deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən dedi. Deputat da vurğuladı ki, Adnan Oktar öz davranışları ilə İslam dinini hörmətdən salan şəxslərdən biridir: “İlkin vaxtlarda onun müəyyən yaradılışla bağlı, sanki elmi görünə biləcək təhlilləri maraq doğururdu, din xadimi kimi diqqət cəlb edirdi. Bir qədər də əxlaqsızlığı təbliğ edən, guya qadın azadlığını diqqət mərkəzinə gətirib bunu əxlaqsız formada təqdim edən, gerçək qadın azadlığına dəstək verən şəxs kimi tanınırdı. Türkiyədə də onun müəyyən qədər izləyiciləri var idi. Ola bilsin ki, Azərbaycanda da sosial şəbəkələrdə ona dəstək verənlər var idi. Deyərdim ki, Adnan Oktar Sasani dünya görüşünün bir qalıntısıdır. Türkiyədə bir qədər sonra irqçiliyi təbliğ edib gündəmə gətirən, səviyyəsiz bir din adamı görüntüsü verdi. Deyə bilmərəm ki, onun haqqında səslənən ittihamlar nə dərəcədə əsaslı və ya əsaslı deyil. Amma hər halda, fəaliyyəti o qədər də dinə fayda verən, onun modern üslubda tanınmasına yardım edəcək bir fəaliyyət sayılmazdı. Hər halda, ona qarşı yönələn ittihamlar hüquq pozuntusu ilə bağlı olarsa və məhkəmə hökm verərsə, bunları da nəzərdə tutacaq. Məlum olduğu kimi, onun fəaliyyəti heç də xoş deyildi. Onun son fəaliyyəti daha iyrənc forma almağa başlamışdı. Bu da İslam dininin mənfi bir formada tanınmasına səbəb olurdu”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar