Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərovdan məktub gəlməməsi məsələsinə RƏSMİ MÜNASİBƏT

Tarix: 19-07-2018 17:48     Baxış: 2274 A- / A+
Dilqəm Əsgərovdan məktub gəlməməsi məsələsinə RƏSMİ MÜNASİBƏT


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərovun 8 aydır ailəsinə məktub yazmaması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Ram apa-ya açıqlamasında qeyd edib ki, təmsil etdiyi qurumun istər Bakıdakı nümayəndəliyi, istərsə də Dağlıq Qarabağdakı missiyasının nümayəndələri münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi başçəkmə həyata keçirir: “Beynəlxalq Qızıl Xaç Komitəsi şərait yaradır ki, saxlanılan şəxslər ailələri ilə əlaqə saxlasın. Lakin saxlanılan şəxslərin və onların ailə üzvlərinin bu təklifdən imtina etmək hüquqları da var. Bu, onların öz qərarıdır və əgər onların arzusu yoxdursa, biz nə ailələri, nə də saxlanılan şəxsləri buna məcbur edə bilərik. Əgər saxlanılan şəxs ailəsindən məktub alıbsa və cavab yazmaq hüququndan imtina edirsə, biz bu barədə ailəyə məlumat veririk. Lakin biz bunu ictimailəşdirmirik”.

B. Ram deyib ki, BQXK-nın saxlanma yerlərinə baş çəkməsi sırf humanitar xarakter daşıyır: “Silahlı münaqişələr olduqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə Konvensiyalarına əsaslanmış mandatı var ki, saxlanılan şəxslərə baş çəksin. Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərin azadlıqdan məhrum edilməsinin səbəblərini araşdırmır və ya sual altında qoymur. Bu, bizim mandatımıza uyğun deyil. Bizim mandatımız saxlanılan şəxsin saxlanma şəraiti və onlarla rəftarı monitorinq etmək, həmçinin onların ailələri ilə əlaqələrinin bərpasını təmin etməkdən ibarətdir. Saxlanılan şəxsərin saxlanma şəraiti və ya onlara qarşı rəftarla bağlı şikayətlər olarsa, biz aidiyyəti hakimiyyət orqanları ilə vəziyyəti yaxşılaşdırmaq məqsədilə konfidensial və ikitərəfli müzakirələr aparırıq. BQXK-nın azadlıqdan məhrumetmə yerlərinə başçəkmələrlə bağlı ictimaiyyətə verdiyi məlumat həmişə ümumi olur – biz xüsusi, şəxsi və ya tibbi məlumatı açıqlamırıq – bu, həmişə konfidensial olaraq qalır. Biz baş çəkdiyimiz şəxslərlə və görüşlərin detalları ilə bağlı mətbuata və ictimaiyyətə məlumat açıqlaya bilmərik. Saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız həmin adamların razılığı olduqda ancaq onların ailələri ilə bölüşülür”.

B. Ram əlavə edib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi üçün danışıqlar aparmaq səlahiyyətinə sahib deyil: “Bəzən ictimaiyyət arasında anlaşılmaz məlumatlar dolaşır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxsin azad olunması üçün danışıqlar apara bilər. Belə deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi, saxlayan tərəf öz nəzarəti altında olan şəxsi azad etməyə qərar verdikdə ancaq neytral vasitəçi rolunu həyata keçirir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar biz neytral vasitəçi kimi bir çox insanların qaytarılmasında iştirak etmişik. Bir daha deyirəm ki, saxlanılan şəxsin azad edilməsi barədə qərarı Beynəlxalq Qızıl Xaç Komitəsi deyil, saxlayan tərəf verir”.

Manevr.azhttp://manevr.az/engine/skins/bbcodes/images/youtube.gif

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar