Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Fəlsəfə üzrə elmlər doktoru Nazpəri Dostəliyevanın evindən oğurlanan məbləğ AÇIQLANDI

Tarix: 19-07-2018 13:05     Baxış: 4268 A- / A+
 Fəlsəfə üzrə elmlər doktoru Nazpəri Dostəliyevanın evindən oğurlanan məbləğ AÇIQLANDI



Xalq artisti, fəlsəfə üzrə elmlər doktoru Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib


Manevr.az xəbər ki, bu gün Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihamdan məlum olub ki, Nazpəri Dostəliyevaya ümumilikdə 306 min 787 manat məbləğində ziyan dəyib.

İttihama münasibət bildirən Cavid Əliyev, Ruslan Verdiyev, Yunis Hüseynli və özlərini qismən təqsirli bilib.

Namiq Fərəcov isə özünü tam təqsirli bilib. Növbəti proses avqustun 30-da davam edəcək.

İttihama görə, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açar-seçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra Asif Həmidovun avtomobilindən, Yunis Hüseynli və Ruslan Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, dəstə üzvləri paytaxtda və Abşeron rayonunda 17-dən çox evdən, avtomobildən oğurluq ediblər.

İstintaq dövründə təqsirləndirilən Asif Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrdən istifadə etmə) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. nDaha sonra istintaq tərəfindən Asif Həmidovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar