Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış şair Rafiq Yusifoğlunun “NAĞIL QAPISI” adlı yeni kitabı çap olunub

Tarix: 19-07-2018 09:29     Baxış: 31 613 A- / A+
Tanınmış şair Rafiq Yusifoğlunun “NAĞIL QAPISI” adlı yeni kitabı çap olunub


Görkəmli şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılıga malik nüfuzlu bir qələm sahibidir. Onun poeziya, ədəbiyyatşünaslıq, publisistika, bədii tərcümə sahəsində uğurları danılmazdır və həmişə ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, əsərləri haqqında mətbuatda yetərincə xoş sözlər söylənilmişdir.

Rafiq Yusifoğlu yaradıcılıgının ən aparıcı qollarından biri də uşaq ədəbiyyatıdır. Onun uşaqlar üçün yazıb çap etdirdiyi “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı cığır”, “Çiçək yağışı”, “Daha uşaq deyiləm”, “Qızılı məktublar”, “Sabahın sorağında”, “Bulud fayton”, “Böyük arzuya gedən yol”, “Günlərimiz, aylarımız”, “Söz çəməni”, “Ana dilim”, “Quşlar dünyası”, “Zamanın qatarı”, “Yollar” və sair adlı şeir, “Dəniz səviyyəsi”, “Bahar qatarı”, “Şirin yuva”, “Elm və helm”, “Tapmacalar ölkəsi”, “Bitdilicə” və s. nəsr kitabları həm oxucular, həm də ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Müəllifin əsərləri uzun illərdən bəridir ki, dərsliklərimizi bəzəyir, Azərbaycan uşaqlarının dilinin əzbəridir. Onun yaradıcılıq nümunələri bir çox dillərə tərcümə edilmiş, şeirlərinə xeyli sayda mahnılar bəstələnmişdir.

Rafiq Yusifoğlunun yenicə çapdan çıxan “Nağıl qapısı” kitabı onun uşaq ədəbiyyatı cahəsində yeni uğuru kimi dəyərləndirilməlidir.
Manevr.az xəbər verir ki, müəllifin sayca 78-ci kitabı olan “Nağıl qapısı” ADPU nəşriyyarında çap olunub. Redaktoru Zahid Xəlildir. Kitabdakı rəngarəng mövzulu şeirlər "Uşaq dünyası - işıq dünyası", "Tariximdən gələn səslər, Mənə doğma olan kəslər", "Şuşa nəğmələri", "Havam, suyum, torpağım, Otum, gülüm, yarpağım", "Fəsillər və nəsillər", "Sizdən hərəkət, Bizdən bərəkət", "Qazaxıstan nəğmələri", "Sehrli aləm" bölmələri adı altında toplanıb. "Poemalar - nağıllar" bölməsində "Qırxıncı qapı", "Ağıl döyüşü", "Gül və bülbül əfsanəsi" və "Bacadan yağan qızıl" əsərləri verilib. "Zamanın qatarı" adlanan hissə isə əslində "kitab içində kitab"dır. Çünki onun ön və son sözü, dörd fəsli var. Zamanın sehrli qatarına qoşulan hər vaqon bir fəsli təmsil edir. Birinci vaqonda yaz, ikincidə yay, üçüncüdə qış, dördüncüdə qış nəğmələri səslənir.
Kitabdakı bütün şeirlər və poemalar öz bədii sənətkarlıq səviyyəsi, obrazlılığı, ifadələrin əlvanlığı və məzmun yeniliyi ilə diqqəti cəlb edir.
Müəllifi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar