Xəbər lenti
Türkiyədə xəstənin boğazını kəsən həkim Bakıda çalışacaq - klinikadan növbəti BİABIRÇILIQ
Adı tez-tez xəstə ölümlərində hallanan "Grand Hospital” nüfuzunun zədələnməsi səbəbindən bir neçə ay öncə rebrendinq edərək, adını "Ege Hospital” olaraq dəyişsə də, klinikanın imicində müsbətə doğru heç bir irəliləyiş olmayıb.
Belə ki, klinika azərbaycanlı həkimləri kütləvi şəkildə işdən çıxardıqdan sonra, onların yerinə Türkiyədən həkimlər dəvət edib. Lakin gələn həkimlərin çoxunun keçmişi elə "Ege Hospital”ın keçmişi kimi qaranlıqdır. Daha doğrusu hospital Türkiyə səhiyyəsinin illər öncə dışladığı şəxsləri Bakıya gətirib.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, onlardan biri də op.dr. Aytekin Başarğandır. Aytəkin Başarğanın necə həkim olduğunu bilmək üçün adını "Google”da axtarışa vermək kifayətdir. Bu zaman qarşınıza Türkiyənin onlarla nüfuzlu mətbu orqanında onun 53 yaşlı bir xəstənin başına açdığı oyun barəsində geniş məqalələr çıxacaq. Yazılanlardan belə anlaşılır ki, Başarğanın qəssablıq fəaliyyəti onun həkimliyini çoxdan kölgədə qoyub.
Op. Dr. Aytekin Başarğan
Türkiyə mətbuatına istinadən illər öncə op.dr. Aytekin Başarğanın başarısızlığından bəhs edən yazını təqdim edirik:
Op. dr. Aytekin Başarğan İzmirdə Alsancık Dövlət Xəstəxanasında çalışdığı illərdə 53 yaşlı Gülümsər Kalabalık adlı Türkiyə vətəndaşını zobuna görə əməliyyat edərkən yanlışlıqla qida borusunu kəsib. Vəziyyəti getdikcə pisləşən qadını yenidən həyata qaytarmaq üçün əməliyyata daha sonra başqa bir həkim girib və əməliyyat masasında yarımcan halda qalan xəstənin mədəsini 20 santimetr yuxarı çəkərək, birbaşa qırtlağına birləşdirmək məcburiyyətində qalıb.
Bu əməliyyatın ardından 53 yaşlı qadın daha 3 əməliyyat keçirsə də, əvvəlki sağlamlığına qovuşa bilməyib. O, özü mətbuata açıqlamasında əməliyyatdan sonra yemək yeyə bilmədiyini, 10 kilo arıqladığını, sadəcə su ilə qidalandığını, həmçinin səs tellərinin zərər gördüyünü deyib. Bu səbəbdən qadın məhkəməyə müraciət edərək onu əməliyyat edən həkim, yəni Op. Dr. Başarğan barəsində 52 min lirəlik təzminat davası açıb.
Gülümsər Kalabalık
Həkim isə özünü müdafiəsində, qısaca desək, tibbdə belə şeylərin ola biləcəyini və xəstəni daha sonra başqa bir həkimə yönləndirdiyini söyləyərək, barəsində qaldırılmış ittihamları qəbul etməyib.
Xəstənin bacısı Neşe Pınar əməliyyatdan sonra bacısının yaşayan bir ölü olduğunu və ailə münasibətlərinin pozulduğunu bildirib:
"Şikayət etdiyimiz həkim əməliyyatın ortasında çıxıb, "Soruşmayın, şiş yerinə qida borusunu kəsdim", - dedi və bir həkim yoldaşına zəng vuraraq, "Qida borusunu kəsdim. Nə edim", - deyə soruşdu. Daha sonra əməliyyata başqa həkim girdi və bacımın mədəsini sinəsinə qaldıraraq qida borusunun yuxarısına birləşdirdi. Bundan sonra bacım həyata dönüb. Əməliyyatdan o qədər vaxt keçməsinə baxmayaraq bacım hələ də sağlamlığına qovuşa bilməyib və həyatının sonuna qədər sulu yeməklərlə qidalanmaq məcburiyyətində qalacaq".
Səs tellərinin zədələnməsi səbəbindən çətinliklə danışan Gülümser Kalabalık isə həkim barədə bunları deyib:
"Məni bu vəziyyətə salanlar ən ağır şəkildə cəzalandırılsınlar. Həyatım məhv oldu".
Xatırladaq ki, bir müddət əvvəl "Ege Hospital" uğursuz PR kampaniyası ilə gündəmə gəlmişdi. Belə ki, klinika rəhbərliyi burada xərçəngdən müalicə aldığı deyilən tanınmış teleaparıcı Hacı Nuranın otağına poni gətirilməsinə icazə vermişdi. Beə bir ağır xəstənin yanına, ümumiyyətlə isə xəstəxanaya heyvan gətilməsinin heç bir gigiyenik qaydalara sığmaması ilə müzakirə və tənqid edilmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar