Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Papa, it oğlu, evə get. Bizə bir daha gəlmə" - Filippin prezidentinin dünyanı şoka salan SİTATLARI

Tarix: 20-10-2016 16:14     Baxış: 7544 A- / A+
"Papa, it oğlu, evə get. Bizə bir daha gəlmə"



Filippin prezidenri Rodriqo Duterte Çinə səfəri zamanı bəyan edib ki, ABŞ-a “əlvida” deməyin vaxtı çatıb.

“Filippinlilər ABŞ-la uzun illər davam edən alyansdan çox az şey əldə ediblər. Barak, sizin bizim ölkəmizə gəlişiniz yalnız sizə sərfəlidir. Mənim dostum, sağollaşmaq zamanı çatıb”, - Duterte deyib.

Duterte qəzəbini yekunlaşdıraraq Ağ evin rəhbərini növbəti dəfə “fahişə oğlu” adlandırıb.


Manevr.az modern.az-a istinadən Filippin prezidentinin ən cəsarətli fikirlərini təqdim edir.


ABŞ prezidenti Barak Obama haqqında

"Mən suveren dövlətin prezidentiyəm və biz artıq çoxdan müstəmləkə olmaqdan qurtulmuşuq. Filippin xalqı - mənim yeganə avtoritetimdir. Siz hörmət göstərməlisiniz. “Köpək oğlu”, forumda mən sənə nifrin edəcəyəm".


Narkotikdən asılı olanlarla mübarizə

"Bu əclaf uşaqları bizim uşaqları məhv edir. Mən sizi xəbərdar edirəm: Çünki əgər siz polis olsanız belə, mən sizi, sadəcə öldürəcəm. Əgər siz narkomanların kimlər olduğunu bilirsinizsə, gedin özünüz onları öldürün, çünki valideynlər bunu edə bilməyəcəklər, onlar üçün bu çox ağrılı olacaq".


Çinlə mübahisəli ərazi haqqında

"Mən özüm bayrağı və dəyənəyi götürüb ora gedəcəyəm. Mən sahilə çatan kimi bayrağı yerə sancıb Çin hakimiyyətinə deyəcəyəm: “Ödürün məni!”


Qanun pozanlara Milad müraciəti

“Əgər siz dayanmasanız və cinayət törətməyə davam etsəniz, bu sizin sonuncu Yeni iliniz olacaq”.


Şəxsi həyatı barədə

“Mən arvadımdan ayrılmışam, impotent deyiləm. Mənə nə etməyi əmr edəcəksiniz? Onu həmişəlik tərk etməyə imkan verməyimi? Mən nə vaxt viaqradan istifadə edirəm, o da durur”.


Roma Papasının səfəri haqda

"Biz trafikə görə şokda idik. Oraya çatmaq üçün, beş saat vaxt lazım olub. Mən soruşdum: “Niyə?” Onlar dedilər ki, yol bağlanıb. Soruşdum, kim gedir. Onlar cavab verdilər ki, Papa. Mən ona zəng edib demək istəyirdim: "Papa, it oğlu, evə get. Bizə bir daha gəlmə".


Avstraliyalı missionerin həbsxanada zorlanıb öldürülməsi barədə

"Mən onun sifətini gördüm və düşündüm: Heyf. Onlar onu zorlayıblar, onlar bunun üçün növbəyə düzülmüşdü. Hirsli idim, ona görə ki, onu zorlayıblar, lakin o, gözəl idi ki. Düşünürəm ki, merə birinci olmaq gərək idi".


ABŞ səfiri Filip Qoldberq haqqında

"Biz Kerri (ABŞ dövlət katibi Con Kerri) ilə danışdıq, o yaxşı vəziyyətdə idi, amma mən onun səfiri ilə söyüşdüm. Mən ona dedim: "Sənin səfirin mavidir, köpək oğlu, o məni qəzəbləndirib".


BMT-nin narkotik alverçiləri ilə sərt mübarizəni tənqid etməsinə reaksiya

"Öz-özümə dedim ki, sən, Pan Gi Mun, cəmi bir axmaqsan. Mən cinayətkarlara qarşı kampaniyanı davam etdirəcəyəm, mən onlara görə üzülmürəm. Mənə heç nəyin dəxli yoxdur”.


Dəniz quldurları ilə mübarizə barədə

"Əgər indoneziyalı qüvvələr dəniz quldurlarını görür və onlar Filippin sularına daxil olursa, onlar irəli hərəkət edib onları partladacaqlar. Akulalara yaxınlaşmaq olmaz, biz onları akulalara yem verə bilərik".


İŞİD yaraqlıları haqda

“Onlar buna görə cavab verəcəklər. Vaxt gələcək, mən onları hamının gözü qarşısında yeyəcəyəm”.


Narkotik alveri barədə

“Mənim uşaqlarımdan heç biri narkotik biznesi ilə bağlı deyil. Əgər mənim ailəmin üzvü narkotiklə məşğul olsa, mən onu öldürməyi tələb edərəm”.


Ölkədə narkotik ticarəti ilə bağlı aparılan müharibə haqda

"Cəhənnəm olsun insan hüquqları. Əgər sən mənim ölkəmi təhqir edirsənsə, onda səni öldürəcəm. Əgər sən bizim uşaqları məhv edirsənsə, onda səni də öldürəcəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar