Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Fransa Dağlıq Qarabağ münaqişəsini ali səviyyədə müzakirə edəcəklər

Tarix: 15-07-2018 10:30     Baxış: 2305 A- / A+
Azərbaycan və Fransa Dağlıq Qarabağ münaqişəsini ali səviyyədə müzakirə edəcəklər


Azərbaycan Prezidenti İlham Əliyev yaxın vaxtlarda Fransaya səfər edəcək.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Fransanın milli bayramı – Bastiliyanın alınması gününə həsr olunmuş tədbirdə deyib.
O.Buşez qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla ilk rəsmi görüş keçirəcək: “Bu səfər bizim tərəfdaşlığımızın keyfiyyətini, ikitərəfli siyasi münasibətlərin gücünü və Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəal iştirakını göstərəcək”.
Səfir bildirib ki, bu səfər iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə öz növbəsində bildirib ki, Prezident İlham Əliyevin Fransaya səfəri zamanı müzakirə mövzularından biri, gözlənildiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacaq.
Nazir müavini qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Avropada və dünyada liderlik edən ölkədir: “Gözləyirik ki, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar ədalətli və beynəlxalq hüquq prinsiplərinə riayət edilməklə aparılacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar