Xəbər lenti
DÇ-2018: Bürünc medallar Belçikanın oldu
Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib.
Manevr.az apasport.az-a istinadən xəbər verir ki, 3-cü yer uğrunda qarşılaşma baş tutub.
Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.
Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.
Dünya çempionatı
3-cü yer uğrunda oyun
14 iyul
Belçika - İngiltərə - 2:0
Qollar: Tomas Menye, 4, Eden Azar, 82
Sarı vərəqələr: Con Stounz, 52, Harri Maquayr, 78, Aksel Vitsel, 90
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























