Xəbər lenti
Elşad BARAT: "Araz Əlizadə farsdır, yalnız şəxsiyyət vəsiqəsində azərbaycanlıdır"
"Araz Əlizadə yalnız şəxsiyyət vəsiqəsində azərbaycanlıdır. Araz Əlizaədnin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub"
Manevr.az xəbər verir ki, bu sözləri gənc yazar Elşad Barat deputat Araz Əlizadə barədə deyib. E. Barat fikrini daha sonra belə davam etdirib:
"Sosial şəbəkələrdə normal insan yoxdur, deyən Araz Əlizadə haqqında kiçik bir araşdırma apardım. Məlumum oldu ki, bu insan Hafiz Hacıyevin dediyi kimi farsdır. Heç bir müsahibəsində azərbaycanlı olduğunu dilə gətirməyib. Məcbur qaldığı yerlərdə "mən azərbaycançıyam" deməklə canını qurtarmaq istəyib.
Ancaq və lakin, Azərbaycan xalqının gözü tərəzidir. Hər kəs bilir ki, Araz Əlizadənin atası Mübariz müəllim Təbrizdə doğulub, gənc yaşında hansısa tacirin köməkçisi kimi əvvəl Naxçıvana, ordan da Bakıya gələrək Bakı Dövlət Universitetində dekan işləyib. Deyilənə görə, Mübariz kişi KQB yə də işləyirmiş. Hətta 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub. Yəni bir azərbaycanlını ruslara satıb. Bəzi saytlar yazır ki, Araz Əlizadə indi də rusun adamıdır. Mən məntiqlə yanaşıb görürəm ki, deyilənlər bir - birini tamamlayır.
2013-də Araz Əlizadənin prezidentliyə namizədliyində bir çox gizli məsələlər var idi ki, onlardan ən təhlükəlisi bütün Azərbaycan xalqını idarə etmək idi. Burada hardasa cənab prezident İlham Əliyevə də xəyanət var idi. Soruşmaq istəyərdim, Araz bəy, məgər İlham Əliyev bu ölkəni pismi idarə edir, yoxsa sənin gözün prezidentlikdədir?
Baxın, bu Araz Əlizadə Əfqanistanda tərcüməçi olub, Ukraynada elmi işçi. Bir növ özünə fars kəndi yaratmaq istəyirmiş. Onun içindəki farslıq sevgisidir ki, partiya yatardı, azmış kimi prezidentliyə namizədlik irəli sürdü. Əminəm ki, öncədən danışıqlar aparılsa da onun içində "kaş mən seçilərdim" kimi bir arzu var imiş.
Fikir verirsinizsə, Araz Əlizadə hakimiyyətdə Əliyevlərin olduğunu şans bilib, əsas götürüb digər tərəfdən Azərbaycanın böyük ağulları, şəxsiyyətlərini təhqir etməkdən çəkinmir. Məmməd Əmin haqqında dediyi xoşagəlməz fikirlər isə sübut etdi ki, o, azərbaycanlı deyil.
Prezidentimizin xalq cümhuriyyətinin yüz illiyi ilə bağlı verdiyi sərəncamı kefinə almayan Araz Əlizadə cümhuriyyət yaradıcısını ələ salmaqla cənab prezidentə hörmətsizlik edərək azərbaycan xalqını alçaltmağa çalışdı. Məncə, onun bu addımı haqqında deyilənlərin əsaslı olduğuna işarədir.
Fikir verirəm ki, Araz Əlizadənin atası Mübariz Əlizadə Nizamini, Xəqanini yalnız yazılı şəkildə, əsl məna dərinliyinə enmədən, üzdənsovdu tərcümə edərək millətimə böyük zərbə vurub. Əslində isə nə Nizami, nə də Xəqani tərcümə olunduğu boyda yox, daha böyük şəxsiyyətlərimizdir. Bu gün isə Araz özü bu xalqı təhqir etməkdən çəkinmir, sosial şəbəkələrdən istifadə edən məmurlara, müəllimlərə, alimlərə, ziyalılara bir sözlə, hər kəsə axmaq, avara deməkdən utanmır.
Əgər dünən Araz Əlizaədnin atası hakimiyyətdə olan ruslara görə Elçibəyin üzünə durubsa, Araz özü hakimiyyətdə olmayan Rəsulzadəyə, Mütəllibova, Elçibəyə böhtanlar edib, haqlarında yalnış fikirlər səsləndirirsə, mən əminəm ki, sabah Əliyevlər də hakimiyyətdən getsə, Araz Əlizadə o zaman İlham Əliyevin də haqqında belə fikirlər səsləndirə bilər.
Düşünürəm ki, Araz Əlizadə haqqında dövlət ölçü götürməli, belə şəxslərin azərbaycançılığa vurduqları yaralar sarınılmalı və Azərbaycan gəncliyi başa düşməlidir ki, onun dövlətinə, millətinə xəyanət edən şəxs onun qanından deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar