Xəbər lenti
Şükrü Aktan: " Süd vəzi xərçəngi Azərbaycanda çox yayılmış xəstəlik növüdür"-MÜSAHİBƏ
Cərrah Şükrü Aktan Türkiyədə yaşayır və çalışır. Ümumi cərrah olmaqla yanaşı, süd vəzi xərçənginin əməliyyatında tanınmış mütəxəssisdir. Şükrü Aktan tez-tez ölkəmizə də gəlir, Bakıda cərrahiyyə əməliyyatları aparır.
Manevr.az-ın əməkdaşının məşhur cərrah Şükrü Aktanla apardığı müsahibəni oxculara təqdim edirik:
-Şükrü bəy, süd vəzi xərçənginin yaranmasının əsas səbəbi nədir?
-Öncə qeyd edim ki, məlum növ döş xərçəngi əsasən qadınlarda aşkar olunmuş bir xəstəlikdir. Bu xəstəliyə doğmamış və süd verməyən qadınlarda daha çox rast gəlinir. Ayrıca, kimyəvi maddələr, çirklənmiş atmosfer, spirtli içki istifadəsi, gec yaşda ana olmaq faktoru bu xərçəngə tutulma riskini daha da artırır.
- Sözügedən xəstəliyin ilkin mərhələdə cərrahi müdaxilə olunmadan müalicəsi mümkündürmü?
- Xəstədə süd vəzi xərçəngi aşkarlanıbsa, ilkin sağalma mərhələsi cərrahi yolla həyata keçirilir. Lakin gecikmiş xəstələrdə əvvəlcə kimya terapiya aparılaraq şiş kiçildilməli, sonra cərrahi müdaxilə olunmalıdır.
- Cənab professor, bir çox ölkələrdə olmusuz, cərrahiyyə əməliyyatları aparmısız. Döş xərçəngi əsasən hansı ölkələrdə çox yayılıb? Bu sahədə Azərbaycanda durum necədir?
- Süd vəzi xərçəngi dünyanın hər yerində qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. Amerikada hər 8 qadından biri bu xərçəngə tutulmaqdadır. Türkiyədə bu say hər 100 qadından 14-15-nin payına düşür. Döş xərçəngi Azərbaycanda da çox yayılmış bir xəstəlik növüdür. Təəssüflər olsun ki, sizin ölkədə qadınlar çox zaman qorxub bu xəstəliyi gizlədir. Bu xəstəliyə erkən müdaxilə mühümdir. Onun üçün qadınların 30 yaşından sonra hər il genikoloqa müraciət etmələri və USM müayinəsindən keçmələri lazımdır.
- Siz tez-tez Azərbaycana gəlirsiz, burada cərrahiyyə əməliyyatları aparırsınız. Bu yəqin ki, yaxşı mütəxəssis qıtlığından irəli gəlir?
- Sözügedən əməliyyatlar və müalicələr sizin ölkənizdə də aparılır. Milli onkologiya sizdə gənc və yeni mütəxəssis həkimlərin sayəsində olduqca inkişaf etməkdədir. Bütün sahələrdə, o cümlədən tibb sahəsində Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadı. Onu da vurğulayım ki, elmi məsələlərin iki dövlət arasında paylaşılması hər zaman insanlar üçün faydalı olmuşdur, olacaqdır. Sizin ölkə vətəndaşlarına, azərbaycanlılara uğurlu cərrahiyyə köməyi göstərmək, xidmət etmək mənim üçün böyük şərəfdi və bundan çox məmnunam.
- Bədii ədəbiyyatı, poeziyanı çox sevdiyinizi hiss etdim. Kimləri oxuyursuz? Bizim şair və yazıçılarımızdan kimləri tanıyırsız və oxuyursuz?
- Əsərlərini sevə-sevə oxuduğum şair və yazıçılar çoxdur. Azərbaycanda isə şəxsən tanıdığım şairlərdən Fikrət Qoca, Namiq Dəlidağlını ən çox oxuyuram.
- Sağ olun...
-Siz də.
Hazırladı: Sevinc Qərib
Manevr.az
TANITMA: Cərrah, tibb elmləri doktoru, professor Şükrü Aktan 1952 -ci ildə Tiryəkdə anadan olub. İlk və orta təhsilini Qadın Baş İbtidai və Tiryək Liseyi orta hissəsi olmaq üzrə 1958-1966-cı illər arasında eyni rayonda bitirdikdən sonra 1966- cı ildə Ankara Xüsusi Təzə Şəhər Kollecində təhsilə başlayıb, 1966-cı ildə bu məktəbdən məzun olub.
1970- ci ildə Hacettepe Universiteti “Atatürk Universiteti tibb fakültəsi” Əsas Elmlər Ali Məktəbi proqramına qeydiyyatdan keçib. 1972- ci ilin mart ayında Tibb təhsilinə davam etmək üçün Ərzuruma gedib, 1976- cı ildə həmin universitetin tibb fakültəsindən məzun olub. Həmin il dekabr ayında Ankara Tibb Fakültəsi Ümumi Cərrahiyyə Klinikasında Antalya Tibb Fakültəsinin tərkibində ixtisas proqramına başlayıb.1980- ci ilin sentyabr ayında Antalyaya gəlib. 1982-c illin aprel ayına qədər eyni yerdə baş assisentlik edib. 1982-ci ilin aprel ayından 1983-cü ilin iyul ayına qədərki müddətdə uzun dövr ehtiyat zabitlik xidmətini Van Əsgər Xəstəxanasında tamamlayıb. Tərxis sonrası keçmiş iş yeri Aralıq Dənizi Universitetinə qayıdaraq bir il mütəxəssis işləyib. 1984 - cü ilin iyul- avqust aylarında Amerika Birləşmiş Ştatlarında Nyu-york Downstate Medical Centerdə öz imkanlarıyla peşə, bilik və təcrübəsini artırmaq məqsədilə Böyrək transplantasiya mövzusunda çalışıb. 1984-cü ilin iyulunda köməkçi dosent heyətinə təyin edilib. 1988-ci ilin iyul ayında öz imkanları hesabına bir ay İsveçdə Karolinska Xəstəxanasında qaraciyər, xarici öd yolları və mədəaltı vəzi cərrahiyəsi mövzusunda çalışıb. 1990-cı ildə ABŞ-da , Minnesota və Pensilvaniya ştatlarında böyrək, mədəaltı vəzi və qaraciyər transplantasiya məsələlərində öz imkanları ilə klinik və cərrahi əməliyyatlara qatılıb. 1996- cı ildə professor təyin edilib. Təqaüdə çıxana qədər universitetdə vəzifəsinə davam edib. 2005- ci ilin sentyabr- noyabr aylarında NYC(A.B.D) Memorial Sloan Ketterinq Xərçəng Mərkəzində Döş xəstəlikləri və Cərrahiyəsi mövzusunda prosesləri izləmək üzrə müşahidəçi olaraq iki ay müddətində çalışıb. Ümumi Cərrahiyə ixtisası ərzində bu günə qədər orqan nəqli, kolo-rektal cərrahiyə, hepato- pankkreatiko-biller cərrahiyə, məmə- endokrin cərrahiyəsi və periferik vaskulyar cərrahiyə məsələlərində tətbiq edilən cərrahi əməliyyatları həyata keçirib və mövzu ilə bağlı elmi nəşrlər hazırlayıb. Nigarançılıq sahələri ilə bağlı fəallıq göstərən; TCD-inin (Türkiyə Cərrahiyə Dərnəyi) üzvü, Aralıq Dənizi Cərrahiyə Cəmiyyətinin qurucusu, MDKK-nin(Məmə Dərnəkləri Koardinasiya Komitəsi) konssensus heyətinin üzvüdür. Bundan başqa, E.S.O.T( Europian Society of Orqan Transplantation),H.B.P(Hepato-Pancretiqo-Biliary-Surgery),O.N.K.K.D(Orqan nəqli Təşkilatları Əlaqələndirmə Dərnəyi),T.G.D(Türkiyə Gastroentereloji Dərnəyi), ASBD( American Sosiety of Breast Dissease) dərnəklərinin üzvüdür. 2004- cü ilin mart ayında yaradılan Aralıq Dənizi Cərrahiyyə Cəmiyyətinin sədri olub, iki il müddət ilə eyni dərnəyin idarə heyətinə sədrlik etdikdən sonra iş dəyişikliyi səbəbə ilə bu vəzifəni təhvil verib. 2007- ci ilin oktyabr ayından Aralıq Dənizi Universitetindəki vəzifəsindən təqaüdə gedib. 2007-2014- cü illər ərzində İstanbul VKV Ametrikan Xəstəxanası Ümumi Cərrahiyə Kafedrasında” Məmə Sağlamlığı və Xəstəlikləri” orqanında tam zamanlı fəal heyət üzvü və bu orqanın səbəbkarı olaraq çalışıb. 2014- cü ildən sonra Canlı Yayımda Hospital və İstanbul Cərrahi Xəstəxanasında ziyarətçi kadrda fəaliyyət göstərib. 2017- ci ilin yanvar ayından etibarən öz klinikasında xəstələrinə xidmət edir. Ailəlidir, iki övladı var. Yerli və xarici dərgilərdə nəşr olunmuş 80 məqaləsi var.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar