Xəbər lenti
Azərbaycana qarşı “ŞAH” gedişi - Şahsa qanun deyil, qanun şahdır...
Gəncə şəhər icra başçısnın güllələnməsi adi kriminal hadisə olmaqdan çıxıb. Artıq masştabı daha geniş vüsət alıb. Nəyin hesabını soruşurlar aydınlıq verən yoxdur.
Din, sosial narazılıq, şəxsiyyətin alçaldılmasına etiraz, yoxsa tamamilə fərqli iddia və istəkdən irəli gəlir bütün bu iğtişaşlar? Xarici güclərin rolu nə qədərdir?Ən maraqlısı da niyə Gəncə və Elmar Vəliyev üzərindən baş verib? Ölkədə həyəcan təbili çalınmağa əsas varmı, yoxsa rəsmi qurumların yaydığı 4 cümləlik press-relizə inanmaq lazımdır? “Ölkədə siyasi sabitlik davam edir”mi?
....Faktsa hökümdür, onu qəbul etməmək sadəcə özünüaldatmaqdır ki, bu hadisələrə real qiymət verməyə mane olan ən böyük amildir
Hadisələrin motivinə, narazı kütlənin, insanların səsləndirdiyi fikirlərə yönəlsək olaylar tam çılpaqlığıyla göz önündə olacaq. İddia olunduğu kimi xarici kəşfiyyatın prosesləri tənzimlədiyini, təsir etdiyini, təşkil etdiyini müşahidə etmək, qəbul etmək dövlət nəzəriyyəsi və anlayışı ilə prosesə yanaşan insanlar üçün uğursuz, qəbul olunması olduqca çətindir. Faktsa hökümdür, onu qəbul etməmək sadəcə özünüaldatmaqdır ki, bu hadisələrə real qiymət verməyə mane olan ən böyük amildir. Anlaşılan odur ki, incəliklə hesablanan gedişlərə uzun zamandır ki, hazırlıq gedir və reallaşması üçün uyğun zaman, uğurlu personaj, münbit mühit, həssas motiv(lər) gərəklidir ki, rəqibə şah deyə biləsən. Dini inanclara həssas olan Gəncə, etik davranışlarıyla yerli insanların həzm edə bilmədiyi, bir sıra hallarda qıcıqlandığı icra başçısı və yüksələn sürətlə artan narazılıq tətiyi çəkmək üçün yetərlidir. Olduqca dəqiq və düşünülmüş gedişin doğura biləcəyi əks-səda və arxasınca atılacaq, atılması planlaşdırılan addımlar fonunda ŞAH gedişiylə qarşı-qarşıyayıq. Dövlət mexanizmini idarə edənlərin verəcəyi cavabdan daha çox şəxsən məni düşündürən tamamilə fərqli məsələlərdir.
Uğurlu kadr olsa belə, yerlərdə həzm olunmursa, onun gələcəyə yönəlik problem yarada biləcəyi ehtimalı nəzərə alınmalı...
Dövlətin ön görməsi, hadisələri analiz edib proqnoz verməsi, ehtimallar üzərində baş sındırması, ola biləcək təhdid və açıq təhlükələrə qarşı önləyici addımlar atması mexanizmi idarə edən düşüncələrin ümdə prinsiplərindən olmalı deyilmi? Fərdin dövlətə nə qədər və necə qulluq etməsi ölkəyə dəyə biləcək zərər fonunda əhəmiyyət kəsb edə bilməz. Uğurlu kadr olsa belə, yerlərdə həzm olunmursa, onun gələcəyə yönəlik problem yarada biləcəyi ehtimalı nəzərə alınmalı, təhlükənin beşikdəcə boğulmasına nail olmaq zamanında mümkün idi. Bu baxımdan, Şah gedişini özümüz-özümüzə vermişik. Ona görə də, masadan qalxmamış gedişlərimizdəki nöqsanları aradan qaldıraq.
...Bütün anoloji və digər olaylarla bağlı mexanizmi idarə edənlər prezidentin son müşavirədə söylədiyi fikirləri əsas tutmalı, qabaqlayıcı tədbirlər görməlidirlər
Önümüzdə gediş də çoxdur, qaydalar da bizim tərəfimizdədir. Ən əsası isə sahə bizimdir. Təkcə bu məsələdə deyil, eləcə də bütün anoloji və digər olaylarla bağlı mexanizmi idarə edənlər prezidentin son müşavirədə söylədiyi fikirləri əsas tutmalı, qabaqlayıcı tədbirlər görməlidirlər. Eyni düşüncə və davranışda olan, fəaliyyətlərinin istəmədən belə olsa ölkəyə, xalqa, sabitliyə zərər verəcəyi yəqin edilən, ön görülən məmurlar süzgəcdən keçirilməlidir. Əgər doğurdan da bu ölkədə sabitliyin pozulmasını, xarici güclərin maraqlarını təmin etməsini istəmiriksə, o zaman proses surətlənməli,ictimai rəyin istək və düşüncələri nəzərə alınmalı, xalqın dövlətlə vəhdət təşkil etməsinə nail olunmalıdır.
Rövşən Rəhimli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar