Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Nemət Pənahlıdır da, danışır" - Mirmahmud Mirəlioğlu

Tarix: 19-10-2016 15:34     Baxış: 6444 A- / A+
“Nemət Pənahlıdır da, danışır"



“Nemət Pənahlıdır da, danışır. Onun danışığına müxtəlif cür qiymət vermək olar. Birincisi, Nemət Pənahlı meydan hərəkatında xidməti olan şəxsdir və bu, danılmazdır. Ancaq həm də bu xidmətdən başı gicələnən, məsələlərin hamısını bir rəngdə görən və özündən başqa kimsəni görməyən bir şəxsdir. Hamı getdikcə yaşlaşır, bəzən yaşın da danışığa təsiri olur”.

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a istiqlalçı millət vəkili, KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.

Xatırladaq ki, ötən gün Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı saytımıza açıqlama verərək Azərbaycanın müstəqillik bəyannaməsinə imza atan, SSRİ-nin saxlanılması haqda referendumu rədd edən 43 istiqlalçı deputatı ittiham edib, onları "KQB-nin agenti" adlandırıb, parlamentə Moskvanın razılığı ilə seçildiklərini iddia edib. Həmçinin iddia edib ki, 20 yanvar hadisəsindən sonra bu şəxslərin Ali Sovetə seçilməsi və "Demblok"un yaratmasında əsas məqsəd milli azadlıq hərəkatını boğmaq olub.

Mirmahmud Mirəlioğlu isə hesab edib ki, Nemət Pənahlının fikirlərinə münasibət bildirmək əslində vaxt itkisidir: “Ancaq söhbət tarixdən gedirsə, müəyyən fikirləri və həqiqətləri söyləmək də lazımdır. Nemət Pənahlı istər Azərbaycan SSR, istərsə də müstəqil Azərbaycanda "KQB"-nin himayəsi altında olub. Daim "KQB"-nin himayəsi altında olan bir adam hamıya belə ittiham irəli sürür. Əslində bu ayıb bir işdir. Əlbəttə, onun dedikləri sadəcə özünün fikirləridir. Əgər onun əsası varsa, buyurub sübut etsin. Sübut edə bilmirsə sadəcə, sussun. Hamını bir rəngdə görmək, "KQB"-yə bağlamaq iddiaları, ümumiyyətlə onun sözləri məkrufdur və ona münasibət bildirmək doğru deyil. Sadəcə, tarix də var və buna görə bəzi sözlər deyilməlidir”.

“Nemət Pənahlını istiqlalçı deputatlar haqqında dediyi iddialarla bağlı məhkəməyə vermək mümkündürmü?” sualına gəldikdə KXCP sədri deyib ki, bunun əhəmiyyəti yoxdur: “O da nəslini, şəcərəsini, tərcümeyi-halını ortaya qoysun, biz də qoyaq. Görək bütövlükdə bizim nəslimiz neçə dəfə və neçə mərhələdə repressiya edilib, onun nəsli necə olub? Əgər "KQB"-nin repressiya maşınından keçən nəsillərə bu cür qara ləkə yaxmaq caizdirsə, öz vicdanı və Allahı qarşısında cavab versin. Özü də deyir ki, mən ibadət edirəm. Mən əslində onun dediklərinin üzərindən sükutla keçməli idim, sadəcə tarix üçün dedim”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar