Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

"MTN işi"nə görə işdən çıxan nazir Bakıdan gedir? - Əli Abbasov Bakıdakı milyon yarımlıq mülkünü satıb

Tarix: 10-08-2016 11:45     Baxış: 4524 A- / A+
"MTN işi"nə görə işdən çıxan nazir Bakıdan gedir?


“MTN işi”nə görə vəzifəsindən azad edilən sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıdakı mülklərini kütləvi şəkildə satışa çıxarıb.

Bu barədə müsavat.com-a məlumat verən mənbə qeyd edib ki, Əli Abbasov metronun “Gənclik” stansiyası yaxınlığındakı – “Zivella” mağazasının arxasındakı 12 sot ərazisi olan torpaq sahəsini tələm-tələsik satıb.

Qaynağın sözlərinə görə həmin mülk Əli Abbasovun oğlu Eldar Abbasovun adına olub və dəyərindən xeyli ucuz, 1,5 milyon manata satıb: “Əli Abbasov ümumiyyətlə, Bakı şəhərində olan obyektlərini kütləvi şəkildə satışa çıxarıb, dəyər-dəyməzinə satmaq istəyir. Maraqlıdır ki, “MTN işi” üzrə istintaqın ilk günlərində Əli Abbasovun da bir sıra mülklərinə həbs qoyulmuşdu.

Nazir işlədiyi dövrdə onun “sağ əli” olan, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov Məmməd Araz küçəsində (keçmiş Teymur Əliyev) Əli Abbasova möhtəşəm bir villa inşa etdirirdi, hələ tikintisi tam başa çatmamışdı. Vidadi Zeynalovun (hazırda həbsdədir) da həmin ərazidə 3 yanaşı villası vardı. Həmin mülklərə istintaqın ilk dövründə həbs qoyduğu bildirilirdi. Lakin maraqlıdır ki, hazırda Əli Abbasov o villanı da satışa çıxarıb. Bundan başqa, o, Bilgəhdəki bağ evini, şəhərin mərkəzindəki bir neçə obyektini də satır.

Güman ki, o, hökumətin başının daha çox referenduma qarışmasından istifadə edərək, gizli şəkildə, dövlətin milyonlarını talayaraq əldə etdiyi mülkləri satıb nağd pula çevirmək istəyir. Çünki gələcəkdə, mümkündür ki, “MTN işi” üzrə məhkəmədə həmin mülklərin rəsmi qaydada onun əlindən alınacağı, dövlət nəfinə keçiriləcəyi şübhəsizdir. Çünki bu mülklər korrupsiya yolu ilə əldə edilib”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar