Xəbər lenti
“Kim deyir ki, mən səs verməmişəm, müstəqilliyi dəstəkləyəndə sevincdən gözlərim yaşardı”
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 ili (18 oktyabr 1991-ci il) tamam olur. Müstəqilliyimizin bərpasının 25 illiyi ərəfəsində 1991-ci ili xatırlayan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Modern.az-a açıqlamasında həmin vaxtlarda Müstəqillik Aktına imza atmayan deputatların səbəb kimi irəli sürdükləri arqumenti əsassız sayıb:
“Kim deyirsə ki, “həmin vaxt rəhbər yox idi” bu yanlış fikirdi. Sonradan rəhbər elan edilən mərhum Heydər Əliyev müstəqilliyin tərəfdarı kimi çıxış edirdi. Keçmiş kommunistlər Heydər Əliyevin arxasınca getmirdilər. Onlar ancaq vəziyyət dəyişəndən sonra məcbur olub o qərarı qəbul etdilər”
O dövrün deputatı olmuş, hazırda isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri postunu tutan Eldar İbrahimov məsələyə münasibət bildirib.
O deyib ki, həmin vaxt müstəqillik haqda qərarı hazırlamaq səlahiyyəti Azərbaycan Xalq Cəbhəsinin üzvlərinə verilmişdi. Buna da rəhbərliyi Heydər Əliyev edirdi.
“Heydər Əliyevlə 30 avqustda Bakıya gəldik. Bakıda Ali Sovetin sessiyasında çıxış etdi. Bildirdi ki, “biz istəsək də, istəməsək də bizə müstəqillik verilir”. Dünən Cənab Prezident də çıxışı zamanı dedi ki, Azərbaycan müstəqilliyi ən sonda qəbul edən ölkələrdən biri olub. 1991-ci il oktyabrın 18-i müstəqilliyi qəbul edən 13-cü ölkə olmuşuq. Müstəqillik Aktı hazırlandıqdan sonra oktyabrın 18-i iclas oldu. Mən, Arif Rəhimzadə və digərləri də orada iştirak edirdik. Qərar oxundu, hamı qərarı qəbul etmək üçün ayağa qalxdı, təsdiqlədi və bununla da hər şey bitdi. Mən digər kommunistlərin adından heç nə deyə bilmərəm. Öz adımdan və Arif Rəhimzadənin adından deyə bilərəm ki, biz müstəqilliyi dəstəklədik”.
Deputatın sözlərinə görə, hələ o vaxt Azərbaycan Xalq Cəbhəsi bildirib ki, guya, Eldar İbrahimov və Arif Rəhimzadə Müstəqillik Aktına səs verməyib.
“Haradan bilirdilər ki, mən səs verməmişəm? Onların səs vermə mexanizmi var idi? Mən iclasda iştirak etmişəm, həm də onlardan qabaq. 1990-cı ildə Heydər Əliyev üçrəngli Azərbaycan bayrağını qaldıranda mən onun yanında idim. Heç onlar bilmirdi ki, bu bayraq kimindir. Deputatlar soruşurdu bu nə bayraqdı? Naxçıvan özü üçün bayraq təsis edib? Onlar haqlı olaraq bilmirdilər, Sovet dövründə oxuyublar. Heydər Əliyevin yanında olduğum üçün mən onlardan bir az qabaq bilmişəm. Bilirdim ki, müstəqillik nədir. Nə olsun ki, kommunist idim, mən özüm də müstəqilliyə dəstək verdim və ayağa qalxıb alqışladım. Sevincimdən gözlərim yaşardı ki, çox şükür biz də müstəqil olduq. Mən azərbaycanlıyam, kommunist olmaq o demək deyil ki, mən ölkəmin müstəqilliyinə qarşı çıxım. Mən həmin kommunistlərdən idim ki, ki, Heydər Əliyevin ən yaxın silahdaşı olmuşam. Heydər Əliyevin yanında ölümə getmişəm, bu dövlətin quruculuğunda iştirak etmişəm və bu gün də müstəqil yaşayıram”.
Eldar İbrahimov bildirib ki, o da kommunuzm dövrünə uyğun olaraq hamı kimi oxuyub, müxtəlif vəzifələrdə işləyib.
“Bir azərbaycanlı kimi mənim də qəlbimdə, ruhumda olub ki, biz imperiyadan ayrılaq və müstəqil olaq. Müstəqil dövlət olmaq üçün 18 oktyabda müstəqilliyimizi dəstəkləmişəm. Əgər bunun əksini iddia edən varsa, getsin kadrlara baxsın, məni aydın şəkildə görəcəklər. Mən öz adımdan deyə bilərəm ki, müstəqilliyi dəstəkləmişəm, amma mən bütün kommunistlərə cavabdeh ola bilmərəm”.(modern.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar