Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Onun kamillik dərəcəsi çox yüksəkdir" - Sudeif İmamverdiyevin 80 illik yubileyinə dost SÖZÜ

Tarix: 27-06-2018 14:56     Baxış: 2472 A- / A+
"Onun kamillik dərəcəsi çox yüksəkdir"

(İSBO-İmamverdiyev Sudeif Bəşir oğlu. Tələbələri sevimli müəllimlərini belə adlandırır.)

İstənilən şəxs haqda dəyərli fikir söyləmək və qiymətləndirmək üçün onun hansı düşüncə daşıyıcısı olduğu araşdırılmalıdır. İnsandan başqa bütün canlı varlıqlar şəxsi mənafe daşıyıcılarıdır. İnsanda şüur olduğundan o həm də ictimai mənafe daşıyıcısıdr.
Beləliklə, cəngəlliklər kralı statusuna "yiyələnmiş" cəsur şir şəxsi mənafe, insan isə həm şəxsi, həm də ictimai mənafe dayıcısıdir. Bu səbəbdən də cəmiyyətimizdə həm "şir", həm də "insan" kimi insanlara rast gəlirik. Bu fərdi xüsusuyyətlər insanın gələcək həyat yolunu müəyyənləşdirir. Bu xüsusiyyətlərin bir qismi Allah tərəfindın pay verilirsə, digər qismini də insan özü qazanır.

Mənim düşüncəmə görə İNSANın kamilliyi ictimai mənafenin şəxsi mənafeyə olan nisbəti ilə ölçülür. Sudeif İmamverdiyev kamil insandır və onun kamillik dərəcəsi
çox yüksəkdir. İSBO – nun kamil olduğunu isbat etmək üçün tədqiqat aparmağa ehtiyac yoxdur. Onu biz söhbət zamanı intuitiv hiss edirik. Ancaq bununla bərabər Sudeif müəllimin həyat kitabının bəzi səhifələrinə nəzər salsaq, qənaətimizin doğru olduğuna bir daha əmin olarıq.

Sudeif İmamverdiyev həm ictimai-siyasi xadim, həm də böyük alim və ziyalıdır. Mən onun ictimai - siyasi xadim kimi xidmətlərindən (DAEK-in üzvü, MM iki dövrə deputatı olub, 91-lərdən biridir, Respublika Ağsaqqallar Şurasının üzvüdür və s) danışmayacağam. Mən onun düşüncəsindən və alimliyindən söz açmaq istəyirəm.

Bizim ölkəmizdə 2500 - dən çox elmlər doktoru, sayı 15000 - dən çox müxtəlf istiqamətlər üzrə fəlsəfə doktoru var. Bu alim ordusunun neçə nəfərinin elmi məktəbi var? Elmi məktəbi olan alimlərimizi cəmiyyət tanıyırmı?
Elmi idarə və inkişaf etdirənlərdən az qisminin elmi məktəbi var. Elmi məktəbləri olmayanların elmin idarə edilməsinə cəlb edilməsi sağlam düşüncədən uzaqdır. Sudeif müəllim elmi məktəbi olan alimlərimizdəndir. Onun elmi məktəbi xalqımıza xidmət edir. Onun tədqiqat sahəsi və araşdırdığı mövzular həm qlobal, həm lokal, həm də aktualdır. Sudeif müəllimin elmi məktəbini -“İSBO məktəbi” adlandırmaq olar. Bu məktəb ölkəmizdə urologiya sahəsində yeni həkim nəslinin formalaşmasına xidmət edir.
Bu məktəbin yaradıcısı kimi İSBO urologiyanın müxtəlif problemlərinə həsr olunmuş, müxtəlif dillərdə yazılmış 375 - dən çox elmi əsərin: 4 dərslik, 10 monoqrafiya, çoxsaylı metodik vəsaitin müəllifidir. Onun rəhbərliyi altında 20 - dən çox namizədlik, 7 doktorluq dissertasiyası müdafiə edilib. Onun təklif etdiyi bir neçə cərrahi üsul və yanaşmalar hazırda uğurla tətbiq olunur. Qədimdə müridlər öz mürşidlərinə çox oxşayardılar. Hətta onların danışıq tərzi, yerişinə görə hansı
mürşidin tələbəsi olduğu belə bilinərdi. İSBO-nun müridləri də özlərini mürşidlərinə oxşatmağa çalışırlar.

***
Həzrəti peyğəmbər insanları xarakterizə edərkən maraqlı qənaətə gəlir və "insanın dəyəri onun biliyi, savadı qədərdir" söyləyir. Zaman keçir və biz ətrafını elmin ziyası ilə nurlandıran insanlara "ZİYALI" deyə dəyər veririk. Kimdir ziyalı insan? Onu digərlərindən fərqləndirən hansı xüsusiyyətidir? Mənim subyektiv fikrimə görə, öz əsərləri, biliyi, yaradıcılıq fəaliyyəti və şəxsi nümunəsi ilə digər insanların dünyagörüşünün düzgün formalaşmasına və normal fəaliyyətə başlamasına təsir edən insan - ziyalıdır. Məkan baxımından ziyalı öz doğulduğu məkanın hüdudlarını aşaraq ümummilli çərçivəyə daxil olmalıdır. Ziyalı o kəsdir ki, milli və elmi şüurun istiqamətini fəal surətdə idarə və inkişaf etdirə bilir. Professor Sudeif İmamverdiyev bu meyarları özündə cəmləyən aydınlarımızdandır.
Ziyalı gələcəyi görməyi bacarmalıdır. Professor S.İmamverdiyev öz gələcəyini nəinki Azərbaycanın gələcəyindən kənarda görmür, əksinə, öz taleyinin Azərbaycanın taleyinin tərkib hissəsi olduğunu düşünür.
Mən düşünürəm ki, ziyalı insanın hobbisi olmalıdır. Çünki günün 24 saatını eyni sənətə, peşəyə həsr etmək doğru olmaz. Ona görə də belə insanlar bir az musiqiçi, bir az siyasətçi, bir az şair, bir qədər foto həvəskarı və s. olmalıdır. Sudeif İmamverdiyev məhz belə ziyalılarımızdandır.
İslam peyğəmbərinin müdrik kəlamı isə özünü Sudeif İmamverdiyevin timsalında bir daha təsdiqləyir. Bu ziyalımızın ziyalılıq dərəcəsi ölçüyəgəlməzdir.

Bir daha dəyərli dostumu qarşıdan gələn 80 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, uzun ömür diləyirəm. 100 yaşını nəvə-nəticələri, doğmaları ilə bir yerdə qeyd etməyi ona arzulayıram.

Prof. Şahlar Əsgərov

P.S. Manevr.az olaraq dəyərli professorumuzu təbrik edir, həyatında və işlərində uğurlar diləyirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar