Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk xalqı dünyaya hayqırdı - "...Dövlətin sahibi mənəm"

Tarix: 26-06-2018 13:25     Baxış: 2403 A- / A+
Türk xalqı dünyaya hayqırdı - "...Dövlətin sahibi mənəm"


Ötən bazar günü Türkiyədə baş tutan prezident və parlament seçkilərinin qalibi məlum olub. Seçkilərin yekun nəticələrinə görə, “Cümhur İttifaqı”nın (Ədalət və İnkişaf Partiyası (AKP) , Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP)) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs çoxluğu ilə ilk turda yenidən prezident seçilib. Parlamentdə təmsil olunmaq üçün aparılan seçki mübarizəsində “Cümhur İttifaqı” 53,66% səslə qalib gəlib. Ümumilkdə 344 mandat qazanan “Cümhur İttifaqı” parlamentdə çoxluğu təmin edib.
Bu seçkilər Türkiyə tarixində keçirilən bütün seçkilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənib. Siyasilər, habelə analitiklər bu seçimi hələ seçki marafonu öncəsi Türkiyə tarixində yeni səhifənin başlanğıcı kimi qiymətləndirirdilər. Nə ilə fərqləndi bu seçkilər? Əvvəla deyək ki, eyni anda həm prezident, həm də parlament seçkilərinin keçirilməsinə baxmayaraq, ilkin rəy ondan ibarətdir ki, millət vəkilliyinə nazmizədlərin təbliğat və təşviqat kampaniyaları hiss olunmadı. Bütün namizədlər yerli televiziyalarda kiçik təbliğat rolikləri ilə bu missiyanı bitirmiş hesab etdilər və var gücləriylə prezident seçkilərinin nəticələrinə yönəlik təbliğatlarını qurdular. Başqa sözlə, parlament seçkiləri prezident seçkilərnin kölgəsində qaldı.
Səsverməyədək bütün analitik mərkəzlər,media və beynəlxalq qurumlar mümkün nəticələrlə bağlı bütün proqnozları ortaya qoydular. Ən müxtəlif variantlar üzərində analitiklər baş sındırdılar. Ümumi rəy Ərdoğanın qalib gələcəyilə bağlı olsa da, real ssenari seçkinin ikinci mərhələyə qalması istiqamətindəydi. Hətta müxalifətin propoqandası da bu yöndə idi. Müxalifətin keçirdiyi izdihamlı mitinqlərdən sonra Ərdoğan belə açıq dillə ifadə etdi ki, o, koalisiya qurulmasına razıdır. Bu, siyasi lider kimi onun ilk dəfə baş verə biləcək ssenarilərdən ən pisini qəbul etdiyini, anlıq olsa belə bununla razılaşmağa hazır olduğunu ortaya qoydu. Ancaq müxalifətin etirazından və rədd cavabından sonra təbliğat maşını bu variantı fərqli prizmalardan şərh etdi və tez bir zamanda da ortadan qaldırdı.

Digər bir məsələ isə bu seçkilərlə ilk dəfə olaraq Türkiyə tarixində prezident üsul-idarəsi rəsmi olaraq fəaliyyətə başlayacaq. Güc vahid mərkəzdə cəmlənəcək ki, zamanında və effektiv baş verə biləcək daxili və xarici müdaxilələrə qarşı mübarizə mərkəzləşdirilmiş qaydada aparılsın. Müxalifətin israrla yox dediyi prezidentli respublika modelinə xalq referendumda dediyini bir daha təkrar etməklə iradəsinə sahib çıxdı.
Son seçkilər nəticə baxımından da digərləriylə müqayisədə özünəməxsusluğu ilə seçildi. Türk milləti seçimini etdi. Bu seçim nəticə etibarıyla bərabərində bir sıra suallara da aydınlıq gətirdi.
Hər şeydən əvvəl bu nəticələr türk millətinin nə qədər müdrik və demokratik dəyərlərə sadiq olduğunu, vahid yumruq halında birləşməyi bacardığını bir daha ortaya qoydu. Xalqın seçimi Ərdoğana olan inam, dövlətinə olan sevgidən irəli gəlməklə yanaşı, eyni zamanda Türkiyənin bölgədəki və dünyadakı yüksələn surətlə artan nüfuzunu həzm edə bilməyən, hər fürsətdə rəsmi Ankaranın qarşısını almağa çalışan xarici və beynəlxalq güclərə açıq və net mesaj idi. Xalq təkcə Ərdoğan şəxsiyyətinə və liderliyinə deyil, habelə dövlətin var oluşuna və davamlılığına, xarici qüvvələrin Türkiyə üzərindəki çirkli hesablarına, müxalifətin beynəlxalq güclərin əlində alətə çevrilməsinə yox dedi.
Ən maraqlısı isə seçimin digərlərindən fərqli olaraq indiki gərgin beynəlxalq siyasi mənzərədə xarici güclərə gələcəyə yönəlik verdiyi məsajlar idi. Xalq daxili siyasətlərinə müdaxilə etmək istəyən xarici, xaricdə imdad axtaran daxili güclərə demokratik şəkildə xəbərdarlıq etdi. Bu xəbərdarlıq demokratik olmaqla yanaşı özündə əsl barmaq silkələmək idi. Seçkilərdəki ən böyük nəticə isə xalqın dövlətinə sahib çıxması və bu yöndə inandığı, etibar etdiyi bir liderə tam söz haqqı verməsi,lazım gələndə onun adından faydalanaraq xaricdə imdad arayanları cəzalandıra da bilərəm deyə bütün dünyaya səsini əsl mənada hayqırması idi...

R.Rəhimli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar