Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Polis şairi saxlayıb, 2 gün sonra buraxdı – CİNAYƏT İŞİ

Tarix: 25-06-2018 12:55     Baxış: 2444 A- / A+
Polis şairi saxlayıb, 2 gün sonra buraxdı – CİNAYƏT İŞİ


Şair Mübariz Məsimoğlu barəsində cinayət işi açılıb.

Sabunçu rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş başlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Criminal.az saytının məlumata görə, M.Məsimoğlu barəsində polisə ərizə şikayətini onun bacısı verib. Belə ki, şair bacısından bir müddət əvvəl 50 min manat borc alıb. Pulu geri qaytarmadığından qadın qardaşı barəsində polisə müraciət edib. M.Məsimoğlunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb və saxlanılıb. M.Məsimoğlu saya açıqlamasında bildirib ki, hazırda azadlıqdadır. Onun sözlərinə görə, polis tərəfindən iki gün saxlanılıb, lakin rayon məhkəməsi həbs qərarı verməyib: ''Məni polis tutumuşdu. İki sutka qeyri-qanuni saxlanılmışam. Həbs-qətimkan tədbiri seçilməsi üçün təqdimat yazılıb, məhkəmə onu rədd edib. Buna görə də məhkəmədən azadlığa buraxıldım. İyunun 13-də azadlığa çıxmışam. Rayon Məhkəməsi barəmdə həbs qərarı vermədiyindən onlar apelyasiya şikayəti verdi. Apelyasiya Məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxladı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar