Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

" Həmin hadisələri indi təsvir edəndə adamın ürəyi bulanır" - Zahid Oruc

Tarix: 18-10-2016 10:28     Baxış: 5451 A- / A+
" Həmin hadisələri indi təsvir edəndə adamın ürəyi bulanır"


















"Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır"

Manevr.az xəbər verir ki, bu sözləri Eldar Mahmudovun vəzifəsindən qovulmasının və keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan prosesin bir ilinin tamam olması münasibətilə "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc söyləyib.

Deputat deyib: "Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi “repressiya qurbanı” kimi tanımaq lazımdır. “Karvansaray” ticarət mərkəzinin taleyindən tutmuş, 8-ci kilometrdə yerləşən bazara qədər geniş coğrafiyada və çeşiddə baş verənləri başqa adla qiymətləndirmək mümkün deyil. Həmin hadisələri indi təsvir edəndə adamın ürəyi bulanır, hiddət və qəzəb, intiqam və cəza tələbi bir-birinə qarışır.

1-ci mərtəbədə işgəncə ver, 2-ci mərtəbədə rəqəm oxu, 3-cü mərtəbədə ram edə bilmədiyin adamları saxta işlərlə məhbəsə göndər. Çoxmərtəbəli cinayət yuvası əsil erməni məkri ilə işləyib. Milləti belə amansız sümürən heç bir müətəşəkkil cəza dəstəsi bir qurum boyda heç vaxt olmayıb. O adı və çekist libasını xilas etmək üçün hər kəs cinayətinə görə cavab verməlidir. Çovdarovları vətənşalıqdan məhrum etmək onları İŞİD terrorçuları ilə eyni səviyyədə qəbul etmək demək olardı və Azərbaycan dövləti, milləti belə başkəsənlərdən xilas olardı. Lakin təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurumların təmsilçiləri də bu məsələdə məsuliyyət daşıyır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar