Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Monteneqro xalqı demokratiya və sabitliyə səs verdi, lakin....”

Tarix: 17-10-2016 21:02     Baxış: 5530 A- / A+
 “Monteneqro xalqı demokratiya və sabitliyə səs verdi, lakin....”

Azay Quliyev Monteneqro seçkiləri ilə bağlı ATƏT PA-nın rəsmi rəyini açıqladı

ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri Azay Quliyev bu gün Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən mətbuat konfransında 16 oktyabr Parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib. Musavat.com xəbər verir ki, bu barədə Monteneqronun tanınmış KİV təmsilçisi dan.co.me məlumat yayıb.

Məlumatda deyilir ki, Azay Quliyev ATƏT PA-dan 50-yə yaxın şəxsin seçkiləri müşahidə etdiyini və seçkilərin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib. “Seçkilərdə Monteneqro xalqı demokratiyaya və sabitliyə səs verdi və bu istiqamətdə qətiyyətli iradə nümayiş etdirdi. Ölkə vətəndaşları seçkilər zamanı alternativ və geniş seçim imkanı əldə etdilər. Lakin bununla yanaşı hesab edirəm ki, seçkilərin idarəedilməsində və medianın peşəkar fəaliyyətinin təmin olunmasında bir sıra problemlər yaşandı”-deyə ATƏT PA seçki müşahidə missiyasının rəhbəri fikirlərini çatdırıb.

Seçki idarəedilməsi haqda daha ətraflı danışan Azay Quliyev xüsusi olaraq qeyd edib ki, Dövlət Seçki Komissiyası (DSK) bütün hüquqi prosedurların ardıcıllığına riayət edib. Lakin DSK-nın səlahiyyətlərinin genişləndirilməsinə baxmayaraq, seçkilərin təşkil olunmasında rəhbərlik səviyyəsində gözlənilən peşəkarlıq nümayiş olunmamışdır.

Azay Quliyev Monteneqronun media mühiti haqda deyib ki, plüral və müxtəlif mövqelərin əks olunduğuna baxmayaraq, mediada siyasi qütbləşmə mövcuddur. “Dərc olunan materiallarda araşdırmaçı yazıların və müəllif müstəqilliyinin azlığı hiss edilir. Bu səbəbdən də oxucular daha keyfiyyətli məlumatların əldə olunmasında çətinlik çəkirlər”.

Azay Quliyev gənclərin seçki aktivliyindən məmnunluq ifadə edib: “Mən, dünən çoxlu sayda gəncin seçki məntəqələrində boyük həvəslə, aktiv iştirakını gördüm və bundan məmnunluğumu bildirmək istərdim. Hesab edirəm ki, gənclərin aktiv iştirakı olkələrinin demokratik inkişafında mühüm rolu olacaqdır”.

Çıxışının yekununda ATƏT PA missiya rəhbəri göstərilən qonaqpərvərliyə və əməkdaşlığa görə Monteneqro xalqına və ölkə rəhbərliyinə dərin və səmimi minnətdarlığını bildirib.

Sonda Azay Quliyev jurnalistləri maraqlandıran suallara cavab verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar