Xəbər lenti
DÇ-2018: Argentina Xorvatiyaya qarşı
Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Manevr.az-ın apasport.az-a istinadən məlumatına görə, “C” qrupunda II tura yekun vurulacaq, “D” qrupunun bir görüşü baş tutacaq.
İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək.
Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxacaq. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi Amerikalılar şansı möcüzəyə saxlamamaq üçün mütləq qələbə qazanmalıdır.
Dünya çempionatı
II tur, 21 iyun
“C” qrupu
16:00. Danimarka - Avstraliya
Samara, "Kosmos Arena"
19:00. Fransa – Peru
Yekaterinburq, Mərkəzi stadion
“D” qrupu
22:00. Argentina – Xorvatiya
Nijni Novqorod. Şəhər stadionu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar