Xəbər lenti
"ABŞ Güləni Türkiyəyə verməsə, iki ölkənin münasibətləri pozulacaq"
Hazırda dövlət çevrilişinə cəhdlə bağlı 216 fərari əsgər var. Onlar və onlarla əlaqədə olanlar müxtəlif cinayətlərə əl ata bilərlər.
"Report"un məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş "Habertürk" televiziyasına müsahibəsində deyib. Numan Kurtulmuş qeyd edib ki, bundan sonra baş verə biləcək təhlükəli proseslərin qarşısını almaq üçün ayıq-sayıq olmaq lazımdır.
"Dövlət də bütün strukturları ilə oyanıq bir vəziyyətdədir və bundan sonra baş verə biləcək hər bir təhlükəni sovuşdurmaq üçün hazır vəziyyətdədir. Bundan sonra bütün dövlət orqanlarını bu adamlardan təmizləyəcəyik" - deyə baş nazirin müavini bildirib.
O, bildirib ki, dövlətin çevriliş yolu ilə ələ keçiriləcək bir mexanizm olmaqdan çıxarılaraq, dövlətin xidmət ediləcək formasına çevrilməsi üçün demokratik islahatlar aparılmalıdır: "Bundan sonra nə edəcəyik? Görüləcək işlərdən biri dövlətin bütün strukturlarını bu adamlardan təmizləməkdir. Bu işlər uzun müddətə başa çatdırıla bilər. Lakin heç bir mərhəmət bəsləmədən FETÖ içində və kənarında, onunla bağlılığı olan hər kəsin bu hadisələrə görə hesab verməsi lazımdır".
Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, 16 iyul hadisələri cümhuriyyət tarixinin ən qaranlıq səhifələrindən biri olub və ölkə uçurumun kənarından dönüb. Lakin bununla belə, Numan Kurtulmuş dövlət çevrilişinə cəhd təşəbbüsünün bir daha təkrarlanacağına inanmadığını bildirib.
O, Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası barədə də danışıb. Baş nazirin müavini qeyd edib ki, əgər ABŞ Güləni Türkiyəyə verməsə, böyük səhvə yol vermiş olacaq. Birləşmiş Ştatlar bununla Türkiyə-ABŞ münasibətlərini də zədələyə bilər.
"ABŞ Türkiyə ilə münasibətlərini davam etdirmək baxımından Fətullah Güləni Türkiyəyə verməlidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar