Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp Krımı Rusiya ərazisi adlandırıb

Tarix: 15-06-2018 09:51     Baxış: 4262 A- / A+
Tramp Krımı Rusiya ərazisi adlandırıb


ABŞ prezidenti Donald Tramp ötən həftə Kanadada keçirilən G7 sammitinin gedişində sammitdə iştirak edən liderlərə Krımın Rusiyaya məxsus olduğunu bildirib.


Manevr.az-ın məlumatına görə, bu barədə Amerikanın "Buzzfeed" portalı iki diplomatik mənbəyə istinadən xəbər yayıb.

"Prezident Tramp G7 liderlərinə bildirib ki, Krım Rusiyanındır, çünki orada hamı rusca danışır", - deyə məlumatda vurğulanır.

Portalın məlumatına görə, ABŞ prezidenti bu bəyanatı ötən həftənin cümə günü sammit çərçivəsində verlən axşam yeməyində səsləndirib.

Bundan başqa, D. Trampın Ukrayna rəhbərliyini tənqid etdiyi də bildirilir. Diplomatik mənbələrdən biri deyib ki, ABŞ prezidenti Ukraynanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri adlandırıb.

Sammitin gedişində Tramp sələfi Barak Obamanı Krımın Rusiyaya birləşdirilməsinə mane olmadığına görə tənqid edib. "Obama nə istəyir, danışa bilər, lakin o, Rusiyanın Krımı özünə birləşdirməsinə imkan verib", - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp sammitdə Rusiyanın G7-yə qayıtmasını təklif edib, lakin digər liderlər bu təklifi dəstəkləməyib.

"Buzzfeed" portalı yazır ki, Ağ evdən Trampın Krım bəyanatı barədə informasiyaya hələlik münasibət bildirilməyib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar