Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

QARAKÖŞƏ VƏ YUMOR - Mustafa Taner

Tarix: 15-06-2018 09:44     Baxış: 2673 A- / A+
QARAKÖŞƏ VƏ YUMOR - Mustafa Taner

Manevr.az müəllim, yazar Hasan Kıyafetin Mustafa Tanerin "QARAKÖŞƏ VƏ YUMOR"u haqqında düşüncələrini təqdim edir:

QARAKÖŞƏ VƏ YUMOR

"Qaraköşə və Yumor" Mustafa Tanerin yeni kitabının adıdır. Bəri başdan bu ölkənin yumora həssas olduğunu demək mümkündür. Çünki Karaköşe (qaravəli) Ağrının qədimi adıdır. Diyarbəkirin qədim adı Amed, Tuncelinin Dərsim, Hakkarinin Çölemerik olduğu kimi... Dövlət xalqın başını qarışdırmaq üçün ağıllı bir şəkildə çalışır. Hər nəysə... Biz də Mustafa Tanerin yumoruna gələk ... Taner incəsənətin ən ağır tərəfini seçdi: Yumor, heykəltəraşlıq və rəssamlıq. O, yumor və ağacyonma sənətində, həqiqətən, məharət sahibidir. Yumor təkcə yazı qabiliyyəti deyil, həm də iti ağlın, dərin düşüncənin məhsuludur. Bunun ən yaxşı sübutu da Əziz Nesin, Rıfat İlgaz və Muzaffer İzgüdədir. Yaxınlarda dünyasını dəyişmiş Aydın Boysan da yumordan danışarkən "ağıllı insanların tamamilə dəli olmasını əngəllər!" -demişdi. Yumorun ciddiyyəti və əhəmiyyəti barədə çox şey söyləmək mümkündür. Yumorun roman, hekayə və şeirin konsentrasiyasından yaranan gərgin proses olduğunu da deyə bilərik. Bəzən kitablara sığışmayan məsələləri, qısa bir yumorda təbəssümlə yola veririk. Bir çoxumuz kimi Mustafa Taner də özünü doğulduğu torpağa borclu bilir. Məhz o səbəbdən məqalələrində, xatirələrində Karaköşe, Ağrı adlarına tez-tez rast gəlirik. O, nə etdiyini bilən insanları ləqəbləri, real adları ilə çağırır. O təkcə lətifə danışmır, eyni zamanda keçmişi yaşayaraq bugünümüzə daşıyır. Digər tərəfdən Karaköşədən başlayan bölgə mədəniyyətini universallaşdırmaq istəyir. Bildiyimə görəTaner Yalovada yumor yazmağa başladı. Eyni zamanda ağacoyma sahəsindəki uğurlarını davam etdirərək hal-hazırda Fəthiyədə çalışır. Xüsusilə təbii ağac köklərindən, müxtəlif növ qabıqdan yaratdığı tabloları, heykəlləri gerçəkdən görməyə dəyər. Hələ qollu-budaqlı bir zeytun kökü və qurumuş şam qabığından yaratdığı bir Kelaynak Quşu heykəli var ki, deməklə bitməz... Hadi, Karaköşelim, Yalovalım, Fetiyelim, daha doğrusu, dünyadaşımız Mustafa, yolun açıq olsun.

Hasan Kıyafet -qazetəçi, yazar və müəllim

Azərbaycan dilinə uyğunlaşdırdı Akəm Xaqan.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar