Xəbər lenti
18 Oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə konsert proqramı təşkil edilib -Sumqayıtda
Sumqayıtda Şəhər Mədəniyyət Evi C.Cabbarlı adına mədəniyyət evi ilə birgə 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə konsert proqramı təşkil edib.
Şəhər Mədəniyyət evində baş tutan tədbirdə şəhərin ağsaqqal ziyalılarından olan İldırım Dəmirli müstəqilliyimizn qazanılmasında xalqımızın keçdiyi milli mübarizə yolu və dövlətimizin əldə etdiyi uğurlar haqqında fikirlərini bildirib.
Daha sonra tədbir iştirakçıları Ədalət Dağlının ifasında Z.Yaqubun “Ordum varsa, yurdum var” və Zeynəb Tanrıverdiyevanın ifasında Əhməd Cəmilin “Vətən” şerini böyük maraqla dinləyiblər.
Konsertdə “Xəyal” instrumental ansamblının müşayiəti ilə müğənnilər Allahverdi Xəyal, Mehdi Yusifzadə, Fidan Nağıyeva, Elşən Quliyev, Vüsalə Hüseynova, Pənah Məmmədovun ifasında xalq və bəstəkar mahnıları, “Turan” rəqs qrupunun ifasında “İgidlər” və “Çobanlar” rəqsi alqışlarla qarşılanıb.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar