Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi - VİDEO/ FOTOLAR

Tarix: 13-06-2018 18:22     Baxış: 2964 A- / A+
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi


Manevr.az xəbər verir ki, Sumqayıtda "İdrak" liseyinin 10 illiyinə həsr olunmuş "İDRAK- 10 ilin işığında" adlı tədbir keçirilib.
Sumqayıt Dövlət Dram Teatrında təşkil olunmuş tədbirdə əvvəlcə liseyin inkişaf və fəaliyyətini əks etdirən video-çarx təqdim olundu. Tədbiri giriş sözü ilə liseyin yaradıcısı və təsisçisi, Pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov açdı. Qonaqları salamladı, liseyin təhsilə verdiyi töhfələrdən, qazandığı uğurlardan, iş prinsiplərindən bəhs edən geniş məruzə etdi. Sonra natiq sözü Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədova verdi. T.Səmədov çıxış edərək şəhər rəhbərliyi adından liseyin müəllim və şagird kollektivini, bütün işçi heyəti təbrik etdi . Liseyin gələcəkdə daha böyük uğurlar, nailiyyətlər qazanmasını arzuladı və icra başçısı Zakir Fərəcovun adından liseyə hədiyyə təqdim etdi. Daha sonra söz Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyevə verildi. Əsgər müəllim "İdrak" liseyinin təhsildəki yeniliklərindən və yalnız bu təhsil müəssisəsində tətbiq olunan "Media dərslər" innovativ layihəsinin uğurlarından danışdı. Liseyin hər il yüz faizllik nəticə göstərərək özünü doğrultduğunu vurğuladı. Tədbirdə liseyin bir qrup müəllim heyəti Təhsil Nazirliyinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin təsis etdiyi döş nişanı, diplom və fəxri fərmanlarla təltif olundu. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdi. Bir sıra tanınmış müğənnilərlə yanaşı liseyin şagirdlərinin də maraqlı çıxışları alqışlarla qarşılandı.

Sevinc Qərib



Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi

Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar