Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Həbsdəki general Eldar Mahmudovu satdı: “Onun göstərişi ilə etmişəm...”

Tarix: 16-10-2016 19:22     Baxış: 6294 A- / A+

 Həbsdəki general Eldar Mahmudovu satdı:

Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri, hazırda həbsdə olan general Teymur Quliyev istintaq zamanı rəhbərlik etdiyi mərkəzin sahibkarların telefon danışıqlarının dinlənilməsini nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini bildirib.

Manevr.az xəbər verir ki, general Quliyev Akif Çovdarovun barəsində qaldırılmış cinayət işində şahid qismində dindirilib. Onu sahibkarlar Elşad Abdullayev, Vüqar Əliyev və digərlərinin telefonlarının qanunsuz dinlənilməsi epidozu üzrə dindiriblər.

T.Quliyev bildirib ki, telefonların dinlənilməsi barədə tapşırıq ona rəsmi qaydada, göstəriş vərəqələrində çatdırılıb. Lakin telefonların hansı əsasla dinlənildiyini araşdırmaq və buna icazə verən məhkəmə qərarının olub-olmadığını yoxlamaq onun səlahiyyətində deyildi. Generalın bildirdiyinə görə, həmin sahibkarların telefon danışıqlarının dinlənilməsinin təşəbbüskarı MTN-də Çovdarovun rəhbərlik etdiyi idarənin məsul əməkdaşı Azər Əliyev olub. Və tapşırıq Çovdarovun özü tərəfindən təsdiqlənib. T.Quliyev bildirib ki, mərkəzin əməkdaşları telefon danışıqlarının dinlənilməsinin nəticələrini Çovdarovun idarəsinə təqdim edirdi. Generalın bildirdiyinə görə, telefonların dinlənilməsi nazir Eldar Mahmudovun özünün icazəsi olmadan həyata keçirilə bilməzdi.

 Həbsdəki general Eldar Mahmudovu satdı:

Habelə T.Quliyev sahibkar Allahverdiyev Səhrab Mustafa oğlunun telefonlarının dinlənilməsinə dair göstərişi MTN-in idarə rəisi, general Sübahir Qurbanovdan aldığını bildirib.

Monitorinq Mərkəzinin hazırda həbsdə olan əməkdaşı Fərhad Atayev də ifadəsində telefon danışıqlarının dinlənilməsini nazir E.Mahmudovun xüsusi icazəsi ilə həyata keçiriblər. Monitorinq Mərkəzinin digər əməkdaşı Anar Verdiyev isə etiraf edib ki, onların praktikasında telefon nömrələrinin qeyri-rəsmi dinləməyə qoşulması mövcud olub. Və bu barədə tapşırıqları rəisi Teymur Quliyevdən alıb. Verdiyev T.Quliyevin ona azı 10 telefon nömrəsini qeyri-rəsmi dinləməyə qoşmaq barədə göstəriş verdiyini deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar