Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu münaqişə böyük humanitar fəlakətə gətirib çıxarıb" - Qüdrət Həsənquliyev

Tarix: 09-06-2018 10:41     Baxış: 3480 A- / A+
"Bu münaqişə böyük humanitar fəlakətə gətirib çıxarıb" - Qüdrət Həsənquliyev


"Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində qadınlara səsvermə hüququ verilib".

Bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, Azərbaycan Avropa və Asiya arasında çox önəmli nəqliyyat qovşağına çevrilib: "Qarşımızda duran ən cciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonu Rusiyanın forpostu olan Ermənistan tərəfindən işğal olunub. 1999-cu ildə Dəmirçiyan münaqişənin Azərbaycanla sülh yolu ilə həll olunması ilə bağlı danışıqlara başladığı üçün parlamentdə qətlə yetirilib".

Millət vəkili qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq: "Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Biz ordu müdafiə sənayesinin inkişafına böyük diqqət yetiririk. Bu münaqişə həllini taparsa, bu vəsait digər sahələrə həllini tapa bilər. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək lazımdır".

Q. Həsənquliyev sammit iştirakçılarını Cənubi Qafqaz regionunda baş verənlərə etinasız qalmamağa çağırıb./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar