Xəbər lenti
Rusiyada yaşayan azərbaycanlı bloqqer Vladimir Putinə sual verib
Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov Prezident Vladimir Putinə sual verib.
Manevr.az AzərTac-a istinadən bildirir ki, Rusiya Prezidentinin keçirdiyi "Birbaşa xətt" zamanı Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov V.Putinə sual ünvanlayıb. Bloqqerin "Instagram", "YouTube" kimi populyar sosial şəbəkələrin bağlanacağı barədə şayiələrin gəzməsi barədə sualına cavabında V.Putin bildirib ki, təhlükəsizlik məsələləri onun üçün ön planda durur. O deyib: "Hüquq mühafizə orqanları mənə məlumat vermişdilər ki, Sankt-Peterburqda metroda baş verən partlayışdan sonra terrorçuların şifrələnmiş yazışmasını izləmək mümkün olmayıb. Ancaq mən buna necə reaksiya verməli idim? Mən sizin və sizin işlədiyiniz adamların narahatlığını anlayıram. Biz heç nə bağlamaq fikrində deyilik".
Rusiya dövlətinin başçısı vurğulayıb ki, qadağan etmək ən asan yoldur. Lakin o, məsələnin sivil yolla həllinə tərəfdardır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar