Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəb direktorunun erməni sevgisi - FOTO

Tarix: 04-06-2018 11:59     Baxış: 31 128 A- / A+
Bakıda məktəb direktorunun erməni sevgisi - FOTO


Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun üzdə müstəqilliklə bağlı paylaşımlar etsə də, bir tərəfdən kommunizm ideyalarını, Azərbaycanın yenidən SSRİ-nin tərkibində müstəmləkəyə çevrilmə fikrini təbliğ etməsi diqqətdən yayınmır.

Rəhbərlik etdiyi təhsil ocağında şagirdlərin boynuna qırmızı pioner qalstuku taxdıran direktor Sovet təhsil sisteminin ayrılmaz elementi olan “qırmızı pioner qalstukları”nın heç də pis olmadığı və şagirdlərə də xüsusi yaraşıq verdiyi qənaətindədir.

Maraqlıdır ki, A.Ələkbərov bir məktəb direktoru olmasına baxmayaraq, müasir Azərbaycan təhsilini bəyənmir, həmçinin Sovet təhsil sisteminin heç də zəif olmadığını bildirir. Direktor fikrini belə əsaslandırır ki, biz gərək Sovet təhsil sisteminin müsbət tərəflərini öz xeyrimizə istifadə edək.

Görünür, A.Ələkbərov özü də idarə etdiyi məktəbdə şagirdlərə verdiyi təhsildən razı deyil, Azərbaycanın illərdir müstəqillik əldə etməsinə, yeni təhsil sistemi müəyyən etməsinə baxmayaraq, Sovet illərinin həsrətini çəkir.

Bütün bunları onun qırmızı pioner qalstuklu şagirdlərinin şəkillərini paylaşmasında, həmçinin, bunun gözəl nümunə olduğunu deməsində də görmək olar.

O, başqa paylaşımlarında da kommunist ideologiyasına sevgisini əks etdirib. Direktor azərbaycanlılara qarşı qırğınlar təşkil etmək üçün türk düşməni Stepan Şaumyanı Qafqaza xüsusi səlahiyyətli komissar kimi göndərən, sonrakı fəaliyyətində də xalqımıza qarşı qəddar əməllərini davam etdirən Leninin fotosunu da paylaşıb. Azərbaycanlılara qarşı 31 mart soyqırımını təşkil edən Vladimir Lenini, onun əlaltısı Şaumyana rəğbətini nümayiş etdirən A.Ələkvərovun müstəqil Azərbaycanın təhsil sistemini bəyənməməsi təbiidir.

Qeyd edək ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun adı öz rəhbərlik etdiyi məktəbdə 9-cu sinif şagirdi Rauf Orucovu döyməsi ilə hallanır. Fakt Sabunçu rayon 14-cü Polis Bölməsinin təhqiqatçısı Əşrəf Əlizadə tərəfindən təsdiqlənsə və iş prokurorluğa göndərilsə də, hələlik nəticəsi yoxdur./axar.az

Manevr.az

Bakıda məktəb direktorunun erməni sevgisi - FOTO
Bakıda məktəb direktorunun erməni sevgisi - FOTO
Bakıda məktəb direktorunun erməni sevgisi - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar