Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bütün sərvətini yoxsullara paylayan milyarder öldü

Tarix: 03-06-2018 16:50     Baxış: 4457 A- / A+
Bütün sərvətini yoxsullara paylayan milyarder öldü


“Müsəlman milyarder” adı ilə məşhur olan Avstraliyanın ən zəngin insanlarından biri Əli Banat vəfat edib.

Mayın 29-da dünyasını dəyişən Banat həyatının son iki ilində etdikləri ilə hamının rəğbətini qazanıb.

Sidneydə dünyaya gələn Banat dəbdəbəli həyata, “Ferrari”lərə, villalara və yaxtalara sahib olub. 2015-ci ildə həkimlər ona xərçəng xəstəliyinə yaxalandığını deyiblər. Milyarder bütün bədəninə yayılan xəstəliyi “Allahdan gələn bir hədiyyə” olaraq qiymətləndirib və bütün həyatını dəyişib. Həkimlər ona 7 ay ömrü qaldığını desələr də, Banat 2 il ölümlə mübarizə aparmağı bacardı. Bu müddət ərzində isə sərvətini xeyriyyə işlərinə sərf edib.

Milyarder bütün sərvətini sataraq qərbi Afrikada yerləşən Toqoya gedir. Bu ölkədə əhalinin 55 faizdən çoxu yoxsulluq həddindən də aşağı həyat şəraitində yaşamağa çalışır. Əli Banat burada müsəlmanlar üçün bir məktəb binası və məscid inşa etdirir. Bundan sonra isə xeyriyyə işlərini koordinasiya etmək üçün “Dünyanın hər yerindəki müsəlmanlar” adlı fond təsis edir.

“Bu xəstəlik mənə Allah tərəfindən bəxş edilmiş bir ərmağandır. Şükürlər olsun ki, Allah mənə dəyişə bilməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmət yoluna həsr etməyə qərar verdim. Çünki bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”, - milyarder bildirib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar