Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qiymətlər bahalaşdı: Paşinyan tələyə düşdü – Son çarə

Tarix: 02-06-2018 14:05     Baxış: 3281 A- / A+
Qiymətlər bahalaşdı: Paşinyan tələyə düşdü – Son çarə


Serj Sərkisyanın nəzarətində olan oliqarxlar Ermənistanın yeni hökumətinə qarşı təzyiqlərini gücləndirməyə başlayıblar.

Manevr.az xəbər verir ki, artıq bunun məntiqi nəticəsi olaraq dünəndən etibarən ölkədəki ilkin tələbat mallarının qiyməti artmağa başlayıb. Ermənistanda hələ də nüfuzunun çox güclü olması Serj Sərkisyanın Paşinyan hakimiyyətinə qarşı üstüörtülü şəkildə qara piar kampaniyası aparmasına şərait yaradıb.

Maraqlı məqam odur ki, Paşinyanın hakimiyyəti hazırkı zamanda bütün tərəflərdən təklənməyə başlayıb. “Sərkisyanın kölgəsi ilə savaşmaqdan” yorulan yeni baş nazir son çarəyə əl atıb. Yeni baş nazir qiymət artımı ilə əlaqədar olaraq oliqarxları tənqid edib, xalqı bütün oğrularla mübarizəyə səsləyib:


“Süni şəkildə qiymətləri qaldırmağa təşəbbüs göstərənlər sübut edirlər ki, qeyri-qanunilik qanunilikdən yaxşıdır. Gəlin oğruları və korrupsionerləri boykot edək”.

Əslində Ermənistanda qiymət artımı Paşinyanın hakimiyyətindən öncəki dövrlərdə başlamışdı. Belə ki, Serj Sərkisyanın hakimiyyətinin son dövrlərində bu artım xüsusilə açıq şəkildə hiss edilməyə başladı. Bu dövr ərzində ölkədə ətin, yağın və benzinin qiymətində daha çox artım müşahidə olundu. Sonradan erməni mətbuatı hətta ət bazarına nəzarət edən oliqarxların İraqı ətlə təchiz etdiyini və Ermənistanın özünə isə başqa ölkələrdən ət idxal edildiyini, ona görə də ölkədə ətin qiymətinin süni şəkildə artırıldığını bəyan etdi.

Məhz bu böhran erməni əhalisində etirazları bir qədər də körüklədi. Paşinyanın hakimiyyətə gəlməsində mühüm rol oynayan faktorlardan biri elə qiymət artımı oldu. Lakin görünür, Paşinyan hakimiyyətə gəlmək üçün istifadə etdiyi faktın tələsinə düşüb.

Maraqlıdır ki, Paşinyanın dolayısı yollarla mübarizə apardığı şəxslər siyahısında Serj Sərkisyanla münasibətləri yaxşı olmayan oliqarxlar da yer alır. Üstəlik, bu oliqarxlardan bir qismi zamanında Paşinyanın yanında yer alan şəxslər olublar. Buna ən bariz nümunə isə Samvel Aleksanyanın baş nazir seçkisində Paşinyanı dəstəkləməsidir.

Qeyd edək ki, 1 iyundan etibarən Ermənistanda ilkin tələbat mallarının qiyməti əhəmiyyətli dərəcə yüksəlib. Kənd təsərrüfatı məhsullarında artım 20-30% miqdarında olub./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar