Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Təranə Qumralı 3 illik həbs cəzası...

Tarix: 31-05-2018 20:55     Baxış: 3529 A- / A+
Təranə Qumralı 3 illik həbs cəzası...



Düşmən münasibətdə olduğu həmkarı Nazəninlə məhkəmə qalmaqalı 3 ildir davam edən müğənni Təranə Qumrala (İbrahimova) cinayət işi açılıb.


Manevr.az
baku.ws-ə istinadən xəbər verir ki, bu gün məhkəmədə hazırlıq iclası olub. Növbəti məhkəmə prosesi 7 iyun, saat 10.00-a təyin olunub.

İstintaq zamanı Təranə İbrahimovaya Cinayət Məcəlləsinin ittiham elan edilib və onun barəsində başqa yerə getməmək barədə qəti iltizam qəti imkan tədbiri seçilib.

Nazənin Salayevanın hüquqlarını müdafiə edən "Alter Eqo" hüquq şirkətinin baş direktoru Heyrat Qarayev proseslər barədə ətraflı açıqlama verib:

"Bakı Appelyasiya Məhkəməsinin 2 qətnaməsi olub. Həmin qətnaməyə görə, Təranə İbrahimova Nazənin Salayevadan və sonuncunun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməlidir, eləcə də onların barəsində təkzib verməlidir. Bir ildən artıqdır ki, məhkəmə qətnaməsi icra məmurunun icraatında olub. Dəfələrlə Təranə İbrahimovaya xəbərdarlıq edilib. Lakin qətnaməni qərəzli olaraq icra etmədiyi üçün icra məmuru tərəfindən yoxlanmış müvafiq materiallar təqdimatla birlikdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim edilib. Artıq bu ilin əvvəlində Təranə İbrahimova barəsində cinayət işi başlanıb. İstintaq zamanı Təranə İbrahimovanın əməlində qərəz müəyyən olunub və bu səbəbdən də barəsində 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunub. İstintaq materialları baxılması üçün Narimanov rayon məhkəməsinə göndərilib".

H. Qarayevin sözlərinə görə, T.İbrahimova məhkəmə qərarına qərəzli münasibətini davam etdirərsə, 3 ilədək həbs edilə bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar