Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

AzTV rəhbərinə sərt ittihamlar - "Bu adamın ləkəli keçmişi, illər boyu maliyyə pozuntularına yol verməsi..."

Tarix: 14-10-2016 16:29     Baxış: 5230 A- / A+
AzTV rəhbərinə sərt ittihamlar


AzTV-nin Musiqi baş redaksiyasının aparıcı rejissoru olmuş Nərgiz Cabbarlı dünən həmkarı Nailə Quliyevanın AzTV sədri A.Alışanovu ittiham edən statusuna münasibət bildirmişdir.

O, özünün Facebook səhifəsində maraqlı məqamlara toxunub.


“Dostlar! Keçmiş iş yoldaşım Nailə Quliyevanın AzTV sədri A.Alışanovun əməlləri ilə bağlı yazdıqları gerçəyi əks etdirir. Bu adamın ləkəli keçmişi, illər boyu maliyyə pozuntularına yol verməsi, adının saxta alqı-satqılarda və başqa kriminallarda hallanması, hətta bunlara görə keçmiş sədr Məmməd İsmayılın təşəbbüsü ilə Bakı şəhər prokurorluğunda cinayət məsuliyyətinə cəlb edilməsini hamı bilir. Onun sədrliyə necə gəlməsi, N.Xudiyevi yıxmaq üçün hansı oyunlardan çıxması, xüsusən də “Xəbərlər”də efir zamanı prezident materialları ilə bağlı kasetlərin dəyişik salınması üçün göstərdiyi “fəaliyyət” hər kəsə bəllidir.

Bircə faktı deyim: AzTV səhmdar cəmiyyətə çevriləndə A.Alışanov sədr N.Xudiyevi musiqi kollektivlərini maddi cəhətdən saxlamağın mümkünsüzlüyünə (halbuki bunlar dövlət büdcəsindən maliyələşir) və onları ixtisar etməyə inandırmış, Xudiyev də bunu iclasların birində demişdi. Bundan istifadə edən A.Alışanov musiqi kollektivlərinin rəhbərini yanına yığıb şərt qoymuşdu ki, mən sizi şirkətdə saxlayacam, amma gərək camaatınız etiraz etsin və Nizamiyə qarşı 1-2 mitinq keçirsin. Həqiqətən də musiqiçilər prezident aparatının qarşısında N.Xudiyevi pisləyən mitinq keçirdilər. Onda şirkətdə danışırdılar ki, mitinqə gəlmələri üçün Alışanov bəzi fəallara pul vermiş, avtobus tutmuş, bir də bu mitinqlərin “Lider” kanalında efirə getməsini həll etmişdi. Həmin mitinqlərin keçirilməsində Alışanova dirijor Nəriman Əzimov və o vaxt Spase-də çalışan, indi isə AzTV-də Arifin rüşvət yığanlarından biri kimi tanınan Nadir Axundov kömək etmişdi. Bütün bunlar ona görə idi ki, N.Xudiyevin gedişi sürətlənsin. Halbuki o zaman Alışanov üzdə N.Xudiyevə yaltaqlanır, onun ayaqqabılarını cütləyir, bazarlığını edir, evinin zibilini atırdı.

Deməyim odur ki, bu gün özünü keçmişindən ayırmaq istəyən alışanovların, nadir axundovların sifətləri tamamilə başqadır”.(moderator.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar