Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

CANIM, ANAM! - Türkiyəli yazıçı Sərdar Akyoldan bir Esse

Tarix: 28-05-2018 14:41     Baxış: 3452 A- / A+
CANIM, ANAM! - Türkiyəli yazıçı Sərdar Akyoldan bir Esse


Manevr.az türkiyəli yazıçı Sərdar Akyolun CANIM, ANAM Essesini Nazilə Gültacın uyğunlaşdırmasında oxuculara təqdim edir:

Günə qaçdığım ilk nəfəsdə yoxluğun var anam. Zamanla küllənər demişdi hər kəs sənsizliyin acısını. Yalanmış anam. Gecənin qatı yalnızlığı kimi xülyalarımda. Günün ilk yumruğu kimi sabahımda yoxluğunun kəskin sızıltısını yaşyıram. Hətta bəlkə gündən günə acısı artan, kürəyimə batmış bir bıçağın qanatdığı və günbgün incə- incə qanayan bir yaradı sənsizlik.Həyatımın fotoşəklini çəkirəm hər gün. Belə baxıram ki, ən yaxşı texnikalar istifadə edilmiş, maddi xərcdən qaçılmamış, dekorun civil- civil olduğu bir kvadrat əlimdəki. amma bilirsənmi, əsla kəskinləşmir. Həmişə flu bir fotoşəkil bu. Çünki bir yoxluq var. Həm də yeri heç bir şeylə doldurulmayacaq bir yoxluq. Ana istiliyinin yerini hansı fotoqrafçı doldura bilər ki? Bəzən də bir film halına gəlir həyatım. Ayaqlarımı uzadıb, ağ pərdənin cadulu dünyasına addım atıram. Həm tək tamaşaçı, həm baş rol oyunçusu olduğum bir film bu.Və tamaşaçı olaraq izlərkən, baş roldakı aktrisanın məndən başqa heç bir tamaşaçının oxuyammayacağı izahsız bir ağrısının izini oxyuram gözlərində.Çünki ən şən səhnədə gülərkən belə gözlərinin işığı əksikdir, anam. Sən yoxsansa, işıq da yoxdur. Filmin müddəti uzunmu olacaq, qısamı olacaq, onu kəsmək mümkün deyil.

Amm əminəm, o işıq son səhnədə belə geri gəlmiş olmayacaq gözlərimə. Çünki onlar aid olduğu yerdə. Sənin həsrətində itirdim anam....Davamlı olaraq, geriyə dönüşlərlə dolu anlar yaşayıram. Çalışarkən, danışarkən, kitab oxyarkən, musiqi dinlərkən, hər an bir yanım tamamilə səninlə.

Bəzən uşaqlığımın ən isti günlərinə geri dönüb, bənzərsiz istiliyinə sığınıram. Səni əsəbləşdirdiyim və üzdüyüm günlər də dünən kimi yadımdadır. Həyatın içindəki qarmaqarışıq, bütün problemləri öz- özünə həll etməyə çalışan,çox kövrək, bir zamanlar çox ağrılar çəkmiş qadın olmağına bxmayaraq, həmişə özünə saxladın hüznlərini.O burum- burum acı qoxan tərəfini, canın qədər çox sevdiyin atamı belə ortaq edib etmədiyin mövzularda tərəddüdlərim var. Çətinliklərlə təkbaşına döyüşməyə çalışan yorğun bir savaşçıydın sən.

Təəsüf ki, artıq müharibə bitdi, döyüşçü getdi....

Ölüm 1- 0 qalib gəldi.

Atam olmayınca, yoxluğunun acısı ilə boz bulanlıq olan övladlıq sevgisiylə, həyata doymayan gül üzlüm əllərindən öpürəm. Canım anam, səni ölərcəsinə sevən oğlun Sərdar.


Sərdar Akyol

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar