Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ağır şərtlər altında yoxdan dövlət quruldu” – Şahin Məmmədov

Tarix: 26-05-2018 23:27     Baxış: 3370 A- / A+
“Ağır şərtlər altında yoxdan dövlət quruldu” – Şahin Məmmədov

“Prezident İlham Əliyevin Cümhuriyyət tarixi ilə bağlı səslədirdiyi fikirlər hər birimiz üçün örnəkdir”

«Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Cümhuriyyətin yaradılması mürəkkəb tarixi proseslərin cərəyan etdiyi dövrə təsadüf edir. I Dünya müharibəsindən sonra yaranmış ziddiyətli siyasi şəraitdə Azərbaycanın maarifpərvər, ziyalı və ləyaqətli övladları xalqın xəyallarında yaşayan və hər bir soyadımızın müqəddəs arzusuna çevrilmiş müstəqillik səadətini gerçəyə çevirdilər»,

Bunu Ümumrusiya Azərbaycanlıları Konqresinin Vladiqafkaz regional bölməsinin fəxri prezidenti, Şimali Osetiya – Alaniya Respublikasının İnsan Haqları üzrə müvəkkilinin köməkçisi Şahin Məmmədov Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini açıqlayarkən deyib.

28 May-ın böyük tarix olduğunu və hər bir azərbaycanlının bu tarixlə qürur duyduğunu deyən Ş.Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrün çətinliklərindən söz açıb: “Bu gün biz fəxarət hissi ilə deyə bilirik ki, müsəlman şərqində ilk demokratik Respublikanı məhz bizim babalarımız olan böyük kişilər yaradıb. Azərbaycan müxtəlif dövrlərdə məcburən imperiyalar tərkibinə daxil edilsə də, xalqın qəlbindəki azadlıq istəyi, insanlarımızın istiqlaliyyət uğrunda gizli və aşkar mübarizə aparması məhz 1918-ci il may ayının 28-də nəticə verdi. Dövrün nəhəng azərbaycanlıları milli kimliyimizin formalaşdırılması, dövlətçilik ənənələrinin qorunması, Azərbaycanın müstəqil dövlət kimi tanınması istiqamətində müstəsna xidmətlər göstərib, sözün hər mənasında tarix yazmağa müvəffəq oldular. Biz bu tarixi yazmış şərəfli insanların ruhu qarşısında baş əyirik!”

Ş.Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə olduqca ağır bir missiya götürüb: “Qlobal müstəvidə müşahidə olunan gərginlik, yeni dünya düzəninin formalaşdırılması xüsusunda böyük güclərin nüfuz savaşı, erməni-daşnaq qüvvələrinin dağıdıcı fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki təcrübəsizlik, maliyyə çatışmazlığı fonunda ağır sosial-iqtisadi vəziyyət və sairə bu kimi problemlər müəyyən edilmiş hədəflərə doğru addımlar atılmasında çətinliklər yaradırdı. Buna baxmayaraq Cümhuriyyət Hökuməti qısa müddət ərzində Ordu quruculuğu, beynəlxalq əlaqələr, təhsil və səhiyyə sahəsində çox ciddi addımlar atdı və bu istiqamətlər üzrə baza prinsiplərinin yaradılmasına müvəffəq oldu. Bir-birinin ardınca yeni-yeni məktəblər, tibb müəssisələri, teatrlar və kitabxanalar açıldı. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İndi biz 100 ildən sonra həmin dövrün özəlliklərini və o vaxtkı ictimai-siyasi şəraiti təhlil edərkən görürük ki, Cümhuriyyəti quranlar nə qədər ağır şərtlər altında çalışıb və bütün bu sadaladığım işlərin həyata keçirilməsi üçün nə qədər böyük qətiyyət göstəriblər. Odur ki, biz Cümhuriyyət qurucularının xidmətini olduqca yüksək qiymətləndiririk. Onlar ağır şərtlər altında yoxdan dövlət qurublar”.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqın azadlıq ruhunun yüksəlməsində oynadığı roldan və AXC-nin süqutundan sonrakı mərhələlərdə də bu ruhun ölməməsindən danışan diaspor rəhbəri vurğulayıb ki, bolşevik işğalı illərində, kommunist rejiminin hökmranlıq etdiyi dövrlərdə də xalq azadlıq arzularını dəfn etməyib: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da bu müddət ərzində elə bir təməllər qoydu ki, Azərbaycan xalqını istiqlaliyyət duyğularından mərhum etmək mümkün olmadı.Xalq üç rəngli bayrağı yenidən başı üzərinə qaldırcağına ümidini qoruyub saxladı və həmin günü addım-addım yaxınlaşdırdı. Nəhayət 70 ildən sonra Azərbaycan bayrağı ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının bayrağı kimi MR-nin Ali Məclisinin binası üzərində dalğalandı. Bu, Heydər Əliyevin müstəqilliyimiz bərpası istiqamətində atdığı böyük addım və vətən təəssübkeşliyinin təzahürü idi. Növbəti mərhələdə isə Cümhuriyyət qurucularının bizə əmanəti olan üç rəngli bayraq Müstəqil Azərbaycan Dövlətinin bayrağı oldu”.

“Ağır şərtlər altında yoxdan dövlət quruldu” – Şahin Məmmədov


Ş.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik tariximizə münasibəti barədə də fikirlərini açıqlayıb: “Fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevin dövlətçilik tariximizin araşdırılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işləri də qeyd etmək istərdim. Onun 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi hər bir azərbaycanlının ürəyincə oldu. Biz müxtəlif ölkələrdə yaşayan, lakin qəlbi hər zaman vətənlə döyünən diaspor nümayəndələri də Prezident İlham Əliyevin bu addımını yüksək qiymətləndirdik. Onun Cümhuriyyət tarixi ilə bağlı səslndirdiyi fikirlərlər hər birimiz üçün örnəkdir. Doğrudan da onun dediyi kimi, Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, onları öz praktiki fəaliyyətində təmin edib. Sevinirik ki, bu gün vətənimiz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri daha da inkişaf etdirərək müstəqilliyi möhkəm dayaqlara malik sürətli inkişaf yolunda olan ölkəyə çevrilib”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar