Xəbər lenti
Mütərəqqi maarifçilik ənənələrinin uğurlu davamı - Mönsüm ALIŞOV
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yürüdülən təhsil strategiyasının önə çəkdiyi strateji hədəflər bu gün də aktuallığını qoruyub saxlayır
Tarixi təcrübə göstərir ki, xalqların təşəkkül tapması və qarşıya qoyduqları konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu mühüm şərtlərdən biridir. Minilliklər boyu bəşəri miqyasda özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlət yaratmağa çalışmışdır.
Milli dövlətə mənsubluq bu gün ayrı-ayrı xalqların nəyə qadir olduğunu, keçdikləri şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Eyni dilə, dinə, milli-mənəvi irsə, adət-ənənəyə, dəyərlər sisteminə malik insanlar tarixən konkret məkan və ərazi hüdudlarında milli dövlətlərini yaratmaq idealı ilə yaşamış, fəqət bu, heç də hamıya nəsib olmamışdır.
Ötən əsrin əvvəllərində cərəyan edən qlobal proseslərin obyektiv nəticəsi kimi 1918-ci ilin 28 mayında istiqlaliyyətini bütün dünyaya bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü respublikamızda son dərəcə mühüm və əlamətdar hadisə kimi qeyd edilir. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət quruluşunu yaratmış cümhuriyyət cəmi 23 aylıq mövcudluğu dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu, müstəqillik əzmini əyani şəkildə nümayiş etdirmişdir.
1918-1920-ci illərdə respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, milli pulun dövriyyəyə buraxılması, ordunun, parlamentin, təhlükəsizlik strukturlarının formalaşdırılması, mətbuatın inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun parlaq uğurları kimi xatırlanır.
Cumhüriyyətin xarici ölkələrdə yüksək təhsil almış müasir təfəkkürlü baniləri dövlət quruculuğu prosesində təhsil və maarif işinin əhəmiyyətini ilk gündən düzgün müəyyənləşdirərək bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişlər. Dövlətçilikdə irs-varislik əlaqələrini uca tutan Azərbaycan Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamında qeyd olunduğu kimi, həmin dövrdə “...Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.
Həmin dövrdə ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılırdı. Bu baxımdan 1919-cu il sentyabrın 1-də parlamentdə “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” qanunun qəbulunu xüsusi qeyd etmək lazımdır. Regionda Avropa tipli ilk universitetin Bakıda açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Az sonra milli hökumət süquta uğrasa da, Bakı Dövlət Universiteti Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında misilsiz rol oynadı.
Cümhuriyyət hökuməti və parlamenti xaricdə milli kadrların hazırlanması məsələsinə də xüsusi diqqətlə yanaşırdı. Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi getdiyi üçün təhsil almağa gedə bilməmişdi.
Bütün bunlar bir daha göstərir ki, ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bugünkü müstəqil dövlətimizin sələfi kimi müstəqilliyimizə iqtisadi, hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, “1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır”.
Hər bir xalqın müstəqilliyi üçün obyektiv zəminin formalaşması müəyyən mənada tarixi şansla bağlıdır. İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir.
Böyük strateq Heydər Əliyevin o illərdə yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox intellektual və bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsi olmuşdur. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının universitetin hüquq və digər nüfuzlu fakültələrinə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmışdır. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş azərbaycanlı övladı ulu öndərin bu addımını daim böyük rəğbət və ehtiramla xatırlayırlar.
Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində minlərlə gənci respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. Həmin dövrdə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev bununla gələcək müstəqilliyimizə etibarlı zəmin hazırlamışdır. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyət olimpinə yüksəlməsi, birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ümummilli lider 1993-cü ilin iyununda - kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
Ulu öndər Heydər Əliyev ilk gündən milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların real mahiyyətini açıqlamışdır. Heydər Əliyevin 30 mart 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” sərəncamında, habelə 15 iyun 1999-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramı”nda müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsi, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi kimi mühüm vəzifələr önə çəkilmişdir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasını yüksək dinamizmlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun tərkib hissəsi kimi son 15 ildə milli təhsil ənənələrimiz getdikcə inkişaf etdirilir. Son illərdə ölkə vətəndaşlarının mədəni-intellektual potensialının yüksəldilməsi, təhsilin keyfiyyətcə dəyişərək yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində zəruri addımlar atılmış, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqinə başlanılmışdır. Məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, ən əsası, ölkəmizin siyasi, sosial-iqtisadi təlatümlər yaşadığı 90-cı illərin əvvəllərində çətinliklərin ən ağırını, ən dözülməzini həyatından keçirsə də, sınıb əyilməyən, yerinə yetirdiyi mənəvi vəzifənin şərəfini qoruyan Azərbaycan müəlliminin layiq olduğu adın, nüfuzun, ucalığın yenidən özünə qaytarılması ən yeni tariximizin fərəh dolu nailiyyətləridir.
2003-2018-ci illərdə ölkənin iqtisadi qüdrətinin artması təhsilə yönəldilən xərclərin və investisiyaların həcmini əhəmiyyətli şəkildə artırmışdır. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 243 milyon manat idisə, 2018-ci ildə bu rəqəm 2 milyard manata yüksəlmişdir. Məktəb tikintisi və əsaslı təmiri ilə bağlı qəbul olunmuş dövlət proqramları və xüsusi sərəncamlar nəticəsində 2003-2017-ci illərdə Azərbaycanda ümumilikdə 700 min şagirdin təhsil alması üçün nəzərdə tutulmuş 3000 yeni məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir.
Ümumilikdə, təhsilin informasiyalaşdırılması məqsədilə 2005-2007 və 2008-2013-cü illəri əhatə edən iki dövlət proqramının həyata keçirilməsi nəticəsində respublikanın ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. 2000-dən çox məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, 50 təhsil müəssisəsində “Elektron məktəb” layihəsinə başlanılmışdır.
Fəal maarifçilik xətti yeritməklə Cümhuriyyət dövründə əsası qoyulmuş təhsil ənənələrini davam etdirən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son 15 illik fəaliyyəti də elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşımışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət almışdır. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb tikilərək istismara verilmişdir.
Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.
Ümumiyyətlə, cəmiyyətdə mütləq çoxluğun birmənalı qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi son 14 ildə vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış, yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində üzərinə götürdüyü missiya ilə də ölkə başçısının və xalqın etimadını layiqincə doğruldur.
Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə gənclərin xaricdə təhsilinin dövlət hesabına maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasını təmin etmişdir. Ölkə başçısının 2007-ci il 16 aprel tarixli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi məsələsi həllini tapmış və ötən dövrdə uğurla icra edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ötən illərdə respublikamızda müasir beynəlxalq meyarlar əsasında yaranan özəl orta məktəblərin sayı və nüfuzu artmış, onların milli təhsilimizin inkişafına töhfə vermək imkanları genişlənmişdir.
Ümumilikdə, “2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir.
Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci ilin 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin hazırlamış, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirmişdir. Dövlət başçısının ötən illərdə yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sektorlarda, o cümlədən elm və təhsil sahəsində əldə olunmuş uğurlar fonunda bir daha aydın görünür.
Xüsusi vurğulamaq lazımdır ki, 11 aprel seçkilərindən dərhal sonra dövlət başçısının siyasi iradəsilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir. Strateji məqsəd həm də bütün sahələrdə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi, “ASAN xidmət” modelinin tətbiqi, innovativ və səmərəli idarəçilik sisteminin formalaşdırılmasıdır.
Şübhəsiz, ölkənin məmur və idarəçi elitasını gəncləşdirmədən, həmin elitanı bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən qarşıya qoyulmuş strateji hədəflərə yetişmək mümkün deyildir. Bu baxımdan hökumətin tərkibinin gənc və özünü təsdiq etmiş layiqli kadrlar hesabına zənginləşdirilməsi bütün sahələrdə olduğu kimi, elm və təhsildə də pozitiv nəticələrin əldə olunmasına, insan kapitalının inkişafına xidmət edir. Qısa zaman kəsiyini əhatə edən müşahidələr deməyə əsas verir ki, dövlət başçısının etimad göstərdiyi gənc kadrların rəhbərlik etdikləri strateji əhəmiyyətli sahələr üzrə qarşıda duran vəzifələri layiqincə icra etmək potensialı kifayət qədər yüksəkdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə elm və təhsil sistemində aparılan islahatlar həm də onu deməyə əsas verir ki, Cümhuriyyət dövründə əsası qoyulmuş mütərəqqi maarifçilik ənənələri yaşayır, xalqımızın intellektual və güvənli gələcəyinə işıq saçır.
Mönsüm ALIŞOV,
“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar