Xəbər lenti
İtlər azan səsi eşidəndə niyə ulayır?
Yəqin ki, çoxunuz məscidlərdən axşam azanı səsi ucalınca küçə itlərinin bir ağızdan uladığının şahidi olmusunuz.
Bəs niyə ulayırlar?
Elmdə bu barədə bir açıqlama var. Əvvəla bunu qeyd etmək lazımdır ki, itlər, sadəcə, azan səsinə reaksiya vermir. Yaxınlarından yüksək səslə keçən bir nəqliyyat vasitəsinə reaksiya göstərir. Fəqət biz ən çox azan səsinə verdikləri reaksiyaya şahidlik etdiyimiz üçün itlərin, sadəcə, azan oxunarkən uladıqlarını zənn edirik.
Ən bəsit açıqlama olaraq isə, çox insan itlərin çox ağıllı heyvanlar olduqları üçün azan səsinə cavab olaraq bunu etdiklərini bildirir.
Yaxşı, itlərin ulamağının arxasındakı o məqamlar hansılardır?
Əslində, bir deyil, bir neçə səbəbdən ötrü itlərin bu reaksiyanı verdiyi qeyd edilir.
İtlərin səsə həssaslıqları insanlardan daha yüksəkdir. Yəni itlər bizim duya bilmədiyimz ən alçaq səsləri də eşidə bilmək qabiliyyətinə malikdir. Mütəxəssislər buna görə itlərin aşırı yüksək səs eşidərkən narahat olduqlarını və buna reaksiya olaraq uladıqlarını bildirirlər.
Pavlovun iti barədə eşitmisiniz yəqin. Pavlov itinə öncə zil səsi çalırmış və sonra ət verirmiş. Bir müddət sonra itin zil səsi duyduğunda ağız suyunun axdığı müşahidə edilirmiş. İt bu səsdən sonra ona ət veriləcəyini zənn edirmiş. Küçə itləri eyni ilə bu təcrübədəki kimi yüksək səs eşidən kimi narahat olacaqlarını hiss edə bilərlər.
Yəni itlər səs onları narahat etməsə belə, eşitdikləri hər hansı bir səsə anında reaksiya olaraq hürə, ulaya bilərlər.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar