Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtobus biabırçılığı davam edir - VİDEO

Tarix: 23-05-2018 22:50     Baxış: 4309 A- / A+
 Bakıda avtobus biabırçılığı davam edir - VİDEO


Bakıda sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedir. Özüdə bir ayaq üstündə.

Manevr.az-ın məlumatına görə, görüntü səhər saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində şahidlərdən biri tərəfindən çəkilib. Sözügedən qəsəbədən ''Koroğlu'' metrostansiyası yaxınlığındakı mübadilə mərkəzinə gələn 172 saylı avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verib.
Sürücü həddindən artıq sərnişin mindirdiyindən avtobusun qapısı bağlanmayıb. Nəticədə sərnişinlər avtobusun qapısından sallaşaraq bir neçə kilometr belə gediblər. Həmin vaxt isə qapıdan sallaşanlardan biri avtobusun pilləkənlərində yer olmadığından yalnız bir ayaq üstündə durub. Bu isə vəziyyətin nə qədər təhlükəli olmasından xəbər verir.
Marşruta cavabdeh olan sahibkarın verdiyi məlumata görə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Belə olduqda da görünən mənzərə yaşanır. O ki qaldı qayda pozan sürücüyə, o, cəzalandırılacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev bildirdi ki, belə faktlarla bağlı agentliyə məlumatlar daxil olur. Sərnişinlərin həyatını təhlükəyə atan sürücülərlə bağlı daşıyıcı şirkətlərə xəbərdarlıq edilir. Əgər belə fakt bir daha sözügedən xətdə yaşanarsa, bununla bağlı ciddi tədbir görüləcək.

Bu arada onu da qeyd edək ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri yol polisi tərəfindən aşkar edildikdə, onlar 3 bal və 60 manat miqdarında cərimə edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:("xezerxeber")


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar