Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan tədbir keçirilib

Tarix: 23-05-2018 17:23     Baxış: 2432 A- / A+
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib

Sumqayıt şəhər İcra Hakimiyyətinin xətti ilə Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunumuş təntənəli tədbir keçirilmişdir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra şəhər sakinlərinin ixtiyarına verilmiş möhtəşəm “Kimyaçı” Mədəniyyət sarayıda keçirilən tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, media mənsubları, ustad sənətkarın ailə üzvləri, yaxınları və əzizləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açmış və Dədə Şəmşirlə bağlı fikirlərini bölüşmüşdür. Qeyd olunmuşdur ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açıb. Aşıq Qurban Aşıq Ələsgərin müasiri, həm də yaxın dostu olub. Belə bir ailədə dünyaya gələn Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb. O, qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini formalaşdırıb, eyni zamanda 40-dan artıq şəyirdin ustadı kimi öz məktəbini yaradıb. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və digər saz-söz sənətkarlarının püxtələşməsində, kamilləşməsində bu məktəbin əvəzsiz rolu olub, Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə zəmin yaradıb. Sazı-sözü ilə ürəklərdə əbədi məskən salan Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib və özündən sonra böyük ədəbi irs qoyub.
Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. Sərəncama uyğun olaraq Aşıq Şəmşirin 125 illiyi ilə bağlı xüsusi tədbirlər planını hazırlanmışdır ki, bu tədbir də onun tərkib hissəsidir.
Tədbirin aparıcıları - Sumqayıt Dövlət Dram teatrının aktyorları, əməkdar artistlər Cəlal Məmmədov və İlahə Səfərova tədbir iştirakçılarının diqqətinə çatdırmışlar ki, ustad sənətkar Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılmış, sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və s. kitabları işıq üzü görmüşdür. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmış, musiqişünas Əminə Eldarova ilk dəfə Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürmüşdür.
Tədbirdə Aşıq Ədalət Dəlidağlı, Aşıq Zülfiyyə, Aşıq Famil Laçınlı, Aşıq Kəmalə Qubadlı, Aşıq Şəhriyar Laçınlı, Aşıq Avdı, Aşıq Şaiq, Aşıq Əfsanə Kərimli ustad sənətkarın qoşma və gəraylılarını aşıq havacatları üstündə tamaşaçılara təqdim etmişlər.
Sumqayıt Dövlət Dram teatrının aktyorları Vidadi Məmmədov, Habil Xanlarov Dədə Şəmşir rolunun ifaçısı Aşıq İlham Aslanbəyi Aşıq Şəmşirlə xalq şairi Səməd Vurğunun görüşünün, həmçinin ustad sənətkarla bağlı bir rəvayətin səhnələşdirilmiş variantını tamaşaçılara təqdim etmişlər. Aşıq Qaracan Borçalı isə Dədə Şəmşirin ahıl çağlarında xəstəxanada yatdığı zaman tibb bacıları ilə söhbətini və söhbət əsnasında bədahətən dediyi qoşmanı gözəl bir yorumla tamaşaçıların diqqətinə çatdırmışdır.
Tədbirdə həmçinin Habil Xanlarov Dədə Şəmşirin “Vətənim”, Cəlal Məmmədov Qənbər Şəmşiroğlunun “Eşqinə”, Aşıq Şəhriyar Laçınlı Cavid Qurbanovun “Dağlar bizim dağlar deyil”, Rauf Ağakişiyev Nəriman Ocaqlının “Dədə Şəmşir” şeirlərini bədii qiraət etmiş, gənc xanəndələr Gülzar Fərəcova və Vüqar Əliyev bu böyük el sənətkarının şeirlərini muğam üstündə ifa etmişlər.
Tədbir boyu monitorlarda Dədə Şəmşirin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunmuşdur. Ulu Öndər Heydər Əliyevin Kəlbəcərlə bağlı söhbəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğal altında olan torğaqlarımızın tezliklə azad olunacağı ilə bağlı fikirlərinin təqdimatı tamaşaçılarda nikbin ruh yaratmışdır.
Dədə Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirmişdir. Natiq qeyd etmişdir ki, babası Dədə Şəmşirin Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olmuşdur. İstisu yaylaqlarında istirahət edən görkəmli şair Aşıq Şəmşirlə tanış olmuş və bu tanışlıqdan təsirlənərək ona məşhur “Məni” qoşmasını həsr etmişdir. Dövlətimiz tərəfindən Dədə Şəmşirin yaradıcılığı yüksək qiymətləndirilmişdır. Hələ 2003-cü ilin 5 iyulunda Ulu öndər Heydər Əliyev Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan Aşıq Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsi haqqında Sərəncam imzalamış və “Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır” fikirləri ilə Dədə Şəmşir yaradıcılığına yüksək qiymət vermişdir. 15 il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzalamışdır ki, bu da Aşıq Şəmşir ocağına, bütövlükdə isə Azərbaycan aşıq sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin sonunda Cavid Qurbanov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova bir daha təşəkkürlərini çatdırmış, həyata keçirilən abadlıq və quruculuq işləri nəticəsində Sumqayıtın regionun ən gözəl şəhərlərdən birinə çevrildiyini vurğulamış və "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun imzaladığı diplom və təşəkkürnaməni şəhər rəhbərinə təqdim etmişdir.

Rafiq Oday,
Əməkdar jurnalist


Manevr.az



Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib
Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan  tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar