Xəbər lenti
Musa Yaqubun qızı: “Atam artıq yeriyə bilmir, səsi çıxmır... “
Musa Yaqubun qızı: “Xəstəliyə qarşı dərmanları da, həkimi də Türkiyədən gətizdiririk”
Artıq bir neçə gündür ki, Azərbaycanın sevimli şairi Musa Yaqubun səhhətinin ağırlaşması ilə bağlı məlumatlar yayılır. Məsələ ilə bağlı şairin qızı Yaqut Yaqubova “Yeni Müsavat”a danışıb. Manevr.az həmin müsahbəni təqdim edir:
“Bildiyiniz kimi, atam parkinson xəstəliyindən əziyyət çəkir. Son vaxtlar ürəyinə su yığılmışdı, tənginəfəsliyi çox idi. Lakin müalicə aldı, bu problem bir qədər azaldı. Qeyd etdiyim kimi, 20 ildir ki, parkinson xəstəliyi onun səhhətinə təsir edir. Hətta həkimlər qeyd edib ki, 20 il bu xəstəlikdən əziyyət çəkib, yenə də yerimək, gümrah olmağın özü möcüzədir. Xəstəliyə qarşı dərmanları da, həkimi də Türkiyədən gətizdiririk”.
Yaqut Yaqubova atasının artıq yeriyə bilmədiyini deyib:
“İndi isə ayaqlarında çox böyük problemlər var, artıq yeriyə bilmir. Səsində də problemlər var. Lakin yaddaşı, zehni yerindədir”.
Onun sözlərinə görə, Musa Yaqubun səhhətinin kəskin pisləşməsi fevral ayına təsadüf edib:
“Bu ilin fevral ayından birdən-birə dəyişdi. 2-3 həftə olar ki, lap zəifləyib. Onun üçün araba almışıq, çətinliklə arabanın köməyi ilə həyətə düşür. Bilirsiz ki, atam ömür boyu çılğın insan olub, həmişə çöldə-bayırda gəzib. İndi evdə oturmağı ona pis təsir edir. Tez-tez özünə, mənə sual verir ki, ”ayaqlarım niyə belə oldu?"
Yaqut Yaqubova atasının səhhəti ilə bağlı heç bir quruma müraciət etmədiklərini deyib:
“Bizə kömək lazım deyil, heç nəyə ehtiyacımız yoxdur. Həmişə problemləri özümüz həll etmişik, atamız da gözü tox, halal insan olub. Şükür ki, az-çox özümüz problemləri həll edirik.
Telefonumuz susmur. Hamı, dostları, şair və yazıçılar, jurnalistlər zəng edir, qonaq gəlirlər. Dünən çoxlu sayda qonaqlarımız oldu, buna görə hətta axşam çox halsız vəziyyətə düşmüşdü. Türkiyədən, bir çox ölkələrdən onun dostları zəng edir, hal-əhvalını soruşurlar. Bu baxımdan biz hər kəsdən razıyıq.
Buynuz kəndindən kənara çıxmaq istəmir. Hətta səhhəti ilə bağlı Bakıya aparmışdıq, tez-tez kəndə getmək istədiyini deyirdi".
Yaqut Yaqubova şairin hazırkı arzu və diləklərindən də söz açıb:
“Bir-iki şeiri var, onları yazmaq istəyir, Hərdən mənə deyir ki, ”şeirləri deyim, sən yaz". Məsələn, Xaqani Şirvani ilə bağlı çox gözəl şeir yazmaq istəyir. Xaqani onun çox sevimli şairidir, vaxtilə ona poema da həsr edib. İndi də poema yazmaq istəyir.
Bu yaxınlarda isə “Buynuz qəbiristanlığı” adlı şeir dedi, lakin onu yazmağa imkan tapa bilmədim. Yəni hazırda istəkləri ancaq bundan ibarətdir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar