Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elə Türkiyəyə gəlmək istəyirdim ki, ...

Tarix: 21-05-2018 19:48     Baxış: 2450 A- / A+
Elə Türkiyəyə gəlmək istəyirdim ki, ...


Əvvəl "Türk" kəlməsini, sonra da o kəlməyə tutulan cümlələri, söz-söhbəti sevdim. Elə rahat, elə doğma idi ki... " - Ey Türk, ..." -deyən olanda dönüb, boylanıb, baxardım. "-Mənəmi deyilir?" - deyə yəqinləşdirmək, əmin olmaq istəyirdim. Sonra "dostum", "tanışım", "qonşum" dedi: -SƏN TÜRKSƏN!

Onda hələ uşaq idim. Fərqini anlamırdım. Amma uşaqlardan seçilən, fərqli yöntəmlərim var idi. Çətinə düşən məni hamıdan qoçaq sayır, mənə güvənirdi. Bu güvəni xoşlanıb, sayıldım. Sən "xoca, əfəndi" adamsan", "Adam kimi adamsan." -deyərdilər. "Elə həmişə özün ol, öz yolunla get, adamları da düz yola yönəlt. -dedilər, yönəltdim. Onlara sahib çıxıb, ardımca apardım. Sonra da bədxahlarım məndən bir yağlı "düşmən" düzəltdilər. Pərişan olunca da: "-Türkün Türkdən başqa dayağı yox!?"-dedilər, bayıldım... Beləcə, Türk olmağın güvəninə dayaqlanıb, ağri-acısını da daşıyaraq yaşamağı öyrəndim.

Elə Türkiyəyə gəlmək istəyirdim ki... O zaman Saat əfəndi, ululardan ulu babam gəldi yuxularıma. Günəş təki nurlu, Paşa qürurlu babam. O həmişə yanımda, mənə hayan olmuşdu sanki... Mənə kim olduğumu xatırlatdı, kimliyimi tanıtdı. Tarixi "tərpət, oyat!"-dedi. Tərpətdim, oyanmadı. Uyqusu dərin imiş. Silkələdim, zarıdı. Qəfləti yəqin imiş...

Bir də gözümü açdım ki, anadan təzə doğulmuş körpə kimi saf, bakirə ovqata sahibəm. Günəş şahə qalxmış, hər yan nur içində. Mən isə hamıdan uca bir zirvədə, mənsub olduğum Türk dünyasına boylanıram. İçimdə alışan nur, gözlərimdə parlıyan qürur, önümdə əvəzi olmayan bir aydınlıq var. Qollarımı gen açıb, bu ulu gerçəyini qoynuma sığışdırmaq istəyirəm...

Elə Türkiyəyə gəlmək istəyirdim ki, Türkiyədən şair dostum Ahməd Kaytançı gəldi Azərbaycana. Elə bizə gəldi, qonağım oldu da. Söz düşdü, söhbətləşdik. Qarabağ boyda dərd düşdü, dərdləşdik. Baxdım ki, sözümüz, söhbətimiz oxşardır. Dərdimiz, sirrimiz də o qədər fərqli deyil. Bir almanın iki parasıyıq. Qucaqlaşdıq... Ayrıldıq...

Elə Türkiyəyə gəlmək istəyirdim ki, Əkbər Qoşalı telefon açdı mənə: "-Türkiyə, sənə gəldi!"-deyə. Pişvazına çıxdım, görüşünə tələsdim əzizlərimin. Əvvəl Nazılə xanım Gültacı, sonra da yanında qan coşduran doğmalığı ilə ruh oxşuyan, Şəki kökənli, şair arkadaşım Coşkun Qarabuludu gördüm. Sevgi və səmimiyyəti ilə çoxlarına nümunə ola biləcək sevimli yengəmiz Füsun xanımı təqdim edəndə ovqatımız daha da gül açdı. İlk baxış, ilk görüşdən bağrıma basdım əzizlərimi. Onların baxışı, davranışı, danışığı ilə gəzib, daha zəngin sevdim Türkiyəni. Söz-söz, kəlmə-kəlmə uyğunlaşıb, doğmalaşdı varlığımız. Qarşıda isə Şəhidlər xiyabanından başlayıb Şəkiyə doğru uzun bir yolçuluq vardı. Nələr gördük, nələr yaşadıq bir Allaha bəlli...

Elə Türkiyəyə gəlmək istəyirdim ki, bir də gördüm "evimi evin, göyümü göyün bil, bizə gəl. - deyə Fəthiyədən səslənir Coşkun abim. Durub yolun o başında-dünyanın mərkəzində; yuxularımın, arzularımın, duyğularımın məkanı Türkiyədə.

-Sənə gəlirəm, Türkiyəm. Mən Türkəm!

Elə Türkiyəyə gəlmək istəyirdim ki, ...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar