Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu, həm Dədə Şəmşirin, həm də Ağdaban şəhidlərinin ruhuna ehtiram olar"- Rafiq Oday

Tarix: 14-05-2018 17:02     Baxış: 1458 A- / A+
"Bu, həm Dədə Şəmşirin, həm də Ağdaban şəhidlərinin  ruhuna ehtiram olar"- Rafiq Oday


Bu günlərdə Sumqayıtda M.Ə.Rəsulzadə adına kitabxanada "DƏLİDAĞ" Ədəbi Birliyinin və M.Ə.Rəsulzadə adına kitabxananın təşkilatçılığı ilə Dədə Şəmşirin 125 illik yubileyinə həsr olunmuş "Şəmşirəm, nə gözəl diyar oğluyam" adlı gecə keçirildi.

Gecədə çıxış edən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, əməkdar jurnalist, şair Rafiq Oday Dədə Şəmşirin həyat və yaradıcılığından bəhs etməklə yanaşı ağrılı-acılı, göynək məqamlara da toxundu. 1992-ci ilin aprelində baş vermiş Ağdaban faciəsi və faciənin fəsadları haqqında danışan R.Odayın gələcək üçün irəli sürdüyü təklif maraqla və alqışlarla qarşılandı.
Manevr.az bunu nəzərə alıb həmin təklif-çıxışı diqqətinizə çatdırır:

"1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Kəlbəcərin Ağdaban kəndinə hücum etdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmişdir. Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni quldurları Dədə Şəmşirin evini yandırmaqla, bu nəhəng söz sərrafının bədii irsini, bütün külliyatını da məhv etmişlər. Ümumilikdə isə Qarabağ savaşında bu nəsildən şəhid olanların sayı, səhv etmirəmsə, 23 nəfərdir. Mən təklif edərdim ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Kəlbəcərdə, elə Ağdaban kəndinin özündəcə möhtəşəm abidə kompleksi ucaldılsın. Dədə Şəmşir hündür bir postament üzərində əlində saz igidləri döyüşə səsləyən vəziyyətdə təsvir olunsun, aşağıda isə bu nəslin şəhid övladları, ümumilikdə isə Ağdaban faciəsinin qurbanları təsvir olunsunlar. Bu həm Dədə Şəmşirin ruhuna və Ağdaban şəhidlərinin xatirəsinə ucaldılmış bir abidə kompleksi olsun, həm də talan olunmuş mədəniyyət abidələrimizə ucaldılmış bir abidə rolunu oynasın."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar