Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Zakir Qaralov bu cinayətin araşdırılması üçün xüsusi göstəriş verdi

Tarix: 10-05-2018 17:41     Baxış: 4454 A- / A+
Zakir Qaralov bu cinayətin araşdırılması üçün xüsusi göstəriş verdi


Baş prokuror Zakir Qaralov Oğuzda 3 ay əvvəl baş vermiş intihar hadisəsinin araşdırılması barədə xüsusi göstəriş verib.

Yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı həmin tarixdə Oğuz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Q. Mikayılovanın atası qızının intihar deyil, qətlə yetirilməsinə dair şübhələri olduğundan hadisənin yenidən araşdırılması xahişi ilə Baş prokurora müraciət ünvanlayıb.

Oğuz rayon Prokurorluğundan APA-ya bildirilib ki, Baş prokuror müraciətin dərhal araşdırılması barədə tapşırıq verib. Həmin tapşırıq əsasında prokurorluq əməkdaşları məhkəmənin müvafiq qərarı əsasında məhkəmə tibbi eksperti və qohumların iştirakı ilə qəbir açılıb və meyitdən nümunələr götürülüb.

İş üzrə təyin edilmiş ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq. /apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar