Xəbər lenti
"Heydər Əliyevin dövlətçilik fəlsəfəsi" – Şahlar Əsgərov
Bu gün "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Zərli tac kamallı başa yaraşır" adlı tədbir keçirilib. Sözügedən tədbirdə professor Şahlar Əsgərov Heydər Əliyevin xalqımızın rifahı naminə gördüyü işlərdən, dövlətçilik fəlsəfəsindən bəhs edən məruzə ilə çıxış edib.
Manevr.az həmin məruzəni oxuculara təqdim edir:
"Heydər Əliyev bugünkü dövlətimizin həm memarı, həm də qurucusudur. Müstəqil dövlətimizin ilk konistutsiyasını və zəruri dövləti qurumları ulu öndər yaratdı. O, həm də xalqımızın ilk siyasi filosofu idi.
Mən ilk dəfə Heydər Əliyev fəsəfəsi ilə 1985 – ci ildə tanış öldum. Bakıdan Kəlbəcərə gedəndə Bakı-Şamaxı-Yevlax yolunun 120 km-də Şamaxı- İsmayıllı yol ayrıcının sağ tərəfində bir şüar var idi: “Yol-iqtisadiyyat, mədəniyyət, bir sozlə həyat deməkdir”.
1987 –ci ildə H.Əliyev məcburən istefaya göndəriləndən sonar, şüarın altından “H.Əliyev”- sozünü sildilər. 1993-cü ildə isə təzdən yazdılar. Bu hadisə və sözün qüdrəti mənim də həyatımda silinməz iz qoydu. Yəqin ki, o şüar həmin yolu indi də bəzəyir.
Rast gəldiyim 2- ci fəlsəfi fikir onun Naxçıvanda işlədiyi dövrə düşür: “Əgər hər bir ölkənin vətəndaşları öz hüququnu anlayarsa və qoruya bilərsə onda ən kiçik məmləkətlər belə böyük dövlətlər qədər qüdrətli olar”. Bu fikir Naxçıvan caamatına əsas verdi ki, gələcəyə ümidlə baxsınlar.
Sonrakı tariximiz məlumdur. YAP yarandı. H.Əliyev təzədən hakimiyyətə qayıtdı. 3. Tarix haqqda. Əhali gələcəklə bağlı, Qarabağ probleminin həlli ilə bağlı onun fikirlərini bilmək istəyirdi. O, son 100 illik acı tariximiz haqda bunları söylədi:
"İyirminci ildən başlayaraq biz vaxtaşırı Azərbaycan torpaqlarını hissə - hissə itiririk. İyirmi ikinci ildən SSRİ-nin tərkibindəyik. SSRİ-nin tərkibinə daxil olan heç bir respublika belə bir fəlakətlə üzləşməyibdir. Heç bir müttəfiq respublika başqa müttəfiq respublika tərəfindən təcavüzə məruz qalmayıbdır".
Bu fikirlə o, erməninin arxasında gizli dayanan qüvvəni açıq göstərdi.
4. Ehtiyyatlı olmağı tövsiyyə etdi:
“Biz nazik sap üstündə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə apraq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.
5. Bəzi qüvvələrin demokratiya çağrışlarına cavabı belə oldu:
“ ...o yolu ki, inkişaf etmiş ölkələr, millətlər 100 ilə, 200 ilə gediblər, siz istəyirsiniz ki, Azərbaycan 5 ilə getsin, gedə bilməyəcəkdir... Əsas onda deyil. Əsas ondadır ki, hansı yolu tutmusan? O yolla gedirsən, yoxsa getmirsən? Azərbaycanda biz demokratiya yolunu tutmuşuq və bu demokratiya yolu ilə gedəcəyik”.
6. Üzünü bütün əhaliyə tutaraq gedəcəyimiz yolu göstərdi:
“Biz düz yolla-haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır”.
7. İmperialist qüvvələrin ikiüzlülüyünü belə ifşa etdi:
"Əgər biz bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər ki, qız olsun, onu ərə verək. Ona görə biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır".
8. Göstərdi ki, Qarabağı qaytarmaq üçün qurban kəsmək lazım deyil, özünü qurban vermək lazımdır:
“Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”.
9.Xalqı haqqında yüksək arzuları:
«Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xöşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!»
10 Dövləti haqda arzuları:
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və sarsılmazdır”.
Hörmətli tədbir iştirakçıları!
Çıxışımı Prezident cənab İlham Əliyevin iki fikri ilə yekunlaşdırmaq istəyirəm:
1. Həyat yerində durmur, qarşımıza yeni tələblər qoyur. Amma prinsipal istiqamət, ideoloji istiqamət dəyişməz qalır.Bu Heydər Əliyevin fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır. Biz hamımız ona sadiqik.
2. Tədbir iştirakçıların çoxu müəllimlər olduğundan onlaraq Prezident cənab İlham Əliyevin sözləri ilə müracət edirəm:
“Üzünüzü gənclərə tutun ki, səsiniz gələcəkdən gəlsin”."
Prof. Şahlar Əsgərov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar