Xəbər lenti
Baş Prokurorluq: Deputata xəsarət yetirən şəxsin ekstradisiyasına baxılacaq
4 may 2018-ci il tarixdə Ukrayna Baş Prokurorluğu Ali Radanın deputatı Mustafa Nayemə bədən xəsarətləri yetirilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunmuş Ukrayna vətəndaşı Maqomed Saitovun həmin ölkəyə ekstradisiya edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, M.Saitov 30 aprel 2018-ci ildə Kiyev-Bakı reysi ilə Ukrayna ərazisini tərk edib, mayın 2-də isə Kiyev şəhəri Şevçenko rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.
M.Saitov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək prokurorluğa təqdim edilib və hazırkı vaxtadək ekstradisiya sənədləri daxil olmadığından barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.
Qeyd olunan sənədlər Azərbaycan tərəfinə təqdim edildikdən sonra şəxsin Ukraynaya verilməsi məsələsi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar